Mən öləndə ağlamağaBütün dostlar sağ ola kaş.Gözlərimi bağlamağaNeçə cüt barmaq ola kaş.

Boynunu büküb qapıda,Bir qız göz yaşı axıda...Üç balam şirin yuxuda,Qadınım oyaq ola kaş.

Güc tapmasam ev tikməyə,Qapımda ağac əkməyə,Kəfən yox, məni bükməyəBir yaşıl yarpaq ola kaş...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов