Dörd yanın bomboşdu ağ varaq kimi,özündən savayı kimin var daha?Çərpələng uçuran bir uşaq kimibağla ümidini göydə Allaha.

Ümid sapdan nazik... Soruşma, kimdibu sapla Allaha səni bağlayan?Bəlkə Allahın da sənsən ümidi,sənsən göy üzündə onu saxlayan.

Uzaqdan uzanır şeytan barmağı,uzanır o sapı qırmaqdan ötrü.Allahın qulusan, qoru Allahı,qoru özünü də Allahdan ötrü.

Deyirsən, neyləyim, azalıb gücüm,nə çoxdu Allaha qəbir qazanlar.İlahi, nə çoxdu sənə and içibməni söyə-söyə daşa basanlar.

Bir qarış tərtəmiz göyün qalmayıb,ha göyə baxıram, görmürəm səni.

Daha yorulmuşam, heyim qalmayıb,neyləyim, saxlaya bilmirəm səni.

Qollarım keyiyir, quruyur, Allah,əllərim üzülür bu çərpələngdən.Bu sapı boynuma dolayım, Allah,qoy asım özümü bu çərpələngdən.

Küsmərəm ölüm də olsa qismətim,qulun haqqı nədi payından küsə?Bəs bu sap əlimdə niyə titrədi,ilahi, eşitdin məni bəlkə sən?!.

Nə yaxşı, gün çıxdı, açıldı baxtım,gördün öz qulunu gözünlə, Allah.Bir boy da ucaldın, bir boy da qalxdın,məni də qaldırdın özünlə, Allah.

Uçuruq, göy üzü yenə tərtəmiz,dünyaya "əlvida" deyib gedirik.Gedirik, ilahi, bu dünyanı bizAllahsız, Şairsiz qoyub gedirik...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви