Çaşıb solunu-sağını,Hamı bir ucdan yıxılır.Yadırğayıb uçmağını,Quşlar ağacdan yıxılır.

Üz tutub haqqın yolunaGedənlərin vay halına,Baş əymir dünya malına,Qəpik-quruşdan yıxılır.

Öz dərdini çəkir hərə,Öz dibinə çökür hərə,Öz alnını iki yerəBölən qırışdan yıxılır.

Qocalar ağıldan, huşdan,Cavanlar bir şux baxışdan,Xanımlar bir yalvarışdan,Bir aldanışdan yıxılır.

...Belədi, atam, belədi,Buyruq Allahdan belədi,Bu dünya çoxdan belədi,Lap yaranışdan yıxılır...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов