Bu dünyanın əzabı çox,Haqqından haqq-hesabı çox,Qoyunundan qəssabı çox,Qoyun olmaq çətin şeymiş.

Boynundan çatı sallanıb,Bir çəngə ota aldanıb,Yeyib, kökəlib, dadlanıbQoyun olmaq çətin şeymiş.

Kötüklər qaralan yerdə,Bıçaqlar can alan yerdə,Çobanlar qurd olan yerdəQoyun olmaq çətin şeymiş.

İt olub hürmədik Aya,Yıxdı bizi abır-həya,Qoyun olmaya-olmayaQoyun olmaq çətin şeymiş.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов