Quzu
Bu həyətdə yatan quzu,Yuxunda gördüyün nədi?Nəfəsini dadlı, uzunOt kimi dərdiyin nədi?
Bağlanıb baxtın, bağlanıb,Qırmızı bantın bağlanıb,Tümarlanıb, sığallanıbBu evə gəldiyin nədi?
Sevinmə ki, hələ toxsan,Yaşıl otdu hara baxsan,Mən bilirəm, qurbanlıqsan,Bəs sənin bildiyin nədi?!.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ramiz-rovsen-quzu
Клавиши ← → для перехода, R — случайное стихотворение