Şair olmaqdan ötrü:
Solmaza
Bir az günəş, bir az hava,bir az yağış olmalı.Bir az ağac, bir az yuva,bir az da quş olmalı.
Bir az gecə, bir az küçə,bir az işıq olmalı.Bir az cavan, bir az qoca,bir az uşaq! olmalı.
Bir az özgə, bir az doğma,bir az tanış olmalı.Bir az nəğmə, bir az dua,bir az qarğış olmalı.
Bir az sevgi, bir az günah,bir az savab olmalı.Bir az şübhə, bir az sual,bir az cavab olmalı.
Bir az dünən, bir az bu gün,bir az sabah olmalı.Bir az kafir, bir az mömün,bir az Allah olmalı...
R.Həsənə
Kitabxana.az · https://kitabxana.az/ru/works/ramiz-rovsen-sair-olmaqdan-otru
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey ağalar necə olurHalı yardan ayrılanın
Qəzəl: Məhbub odur ki nəqşi gözəl bir nigar olaMəhbub odur ki nəqşi gözəl bir nigar ola,Xub-lətif və nazik ola, şivəkar ola
MuğamÜzeyir bəy Hacıbəyovun xatirəsinə*Bəlkə
Qatdım əsir zülfi-pərişanə könlümüQatdım əsir zülfi-pərişanə könlümü,Atırmasa o silsiliədən şanə könlümü.