Kaş ki, bu Odlar yurdundaQızına biləydi adam.Bir yaşıl ağac altındaUzana biləydi adam.

Uzanaydı ömür kimi,Qazılaydı qəbir kimi,Baş daşına şeir kimiYazıla biləydi adam.

Nə bir ata çörəyinə,Nə dost-qardaş kürəyinə,Pis gündə öz ürəyinəQısıla biləydi adam.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов