Ötdü-getdi cavan yaşım,Çatdım ömrün yarısına.Yavaş-yavaş enir başımÜrəyimin ağrısına

Başım üstdə dan sökülür,Dağılır gecənin gülü,Bu dünyanın üzü gülür,Ağı çıxır qarasına.

Saçımın da artır ağı,Əsir ömrümün budağı,Çevrilirəm bir yarpağınYaşılından sarısına.

Bir səhər görsəm ölümü,Əlimdən salsam qələmi,Yarpaq kimi qoyun məniVaraqların arasına.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов