Baharla gəl
Qoyub xəzəldə aləmi,Baharda getdin, eyləmi?Sovuşsun ömrümün qəmiDoğan günəşlə parla, gəl.Bahar gəlir, baharla gəl!
Bahar gəlir, canım-gözüm,Rəvamı gülməsin üzüm?Dolub gecəylə gündüzüm,Sən onları ayarla, gəl,Bahar gəlir, baharla gəl.
Baharla gəl, bahar kimi,Bahar səninlə yar kimi,Ətir qübarı qar kimi,Alovlu laləzarla gəl,Bahar gəlir, baharla gəl.
Könül vüsalı özləyir,Gözümsə yollar izləyir,Gəl, ey mələk ki, gözləyirRəfiqin intizarla, gəl,Bahar gəlir, baharla gəl!
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-baharla-gel
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ömrümə, günümə şəfəq saçıldı,Gül üzün gülüncə könlüm açıldı.
Yaşamaq indi gərəkBaxma ki, yerdə ələm, göydə bulud var, qardaş,Bir foğan bəslənilir, çünki sükut var, qardaş!
Minnətim yoxdur mənimHər zaman, hər yerdə yüksəklərdəyəm,Hər sözüm bir alçağa oxdur mənim.
KişiniKişini eyləməz bərbadKişi arvad, kişi övlad...