Gözəlsən
Canım, söz yox, gözəlsən,Gözəlsən, çox gözəlsən!
Unutma, ey gözəl qız,Gözəl olmaz Zəkasız.
Gözəl bir üz gözəldir,Əvət, sözsüz, gözəldir.
Xoşum gəlməz əzəldənZəkasız bir gözəldən.
Gözəlsən, ox, gözəlsən,Gözəlsən, çox gözəlsən!
Zəka olsa gözəldə,Yaxın durmaz xəzəl də.
Bu çarpan qəlbi dinlə,Zəka olsa səninlə.
Xəzana uğramazsan,Ətirli, güllü yazsan.
Yaz olmurmu xəzəlsiz?Zəka olmaz gözəlsiz...
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-gozelsen
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dostların həsrətinə dözməyə yox məndə dözüm,Dalaram gözlərə dostlar görünən məclisdə.
İncə qadınMənim ən incə sözüm incə adındır, gözəlim,Bir qadınsan ki, adın incə qadındır, gözəlim!
Buludlar toqquşunca cəngə başlar sivri şimşəklərBuludlar toqquşunca cəngə başlar sivri şimşəklər,Guruldar yıldırımlar, sıldırımlar, nurlanar aləm.
Yar mənimlə üz-göz olduYar mənimlə üz-göz oldu,Aramızda bir söz oldu.
Стихи других поэтов
Gecə-gündüz həsrətində qalmışam,Ol sehmli tərlan hanı görünməz.
BayatılarBağça barın arzular,Aşiq yarın arzular,
چشم صاحب دولتان بیدار باشد صبحدمعاشقان را نالهای زار باشد صبحدم
Ey könül, uyma gəl, ol turreyi-tərrarlərəEy könül, uyma gəl, ol turreyi-tərrarlərəBəndəlik etmə Məsihi kimi zunnarlərə.