Bakı – İstanbul
Bir dostum söylədi ki, keçib getdi çənlərin,Keçərkən Dolmabağça, Topqapı sarayından.
Konuş, bülbüllərindən ordakı gülşənlərin,Konuş, böyük ulusun ulduzundan, ayından!
Sevinci doğacaqmı bunca qəm yeyənlərin?Yoxsa ox geri dönmür fırlayınca yayından?!
Dedim: qoy, salıq verim könlündən ərənlərin,Sən də salıq alasan onların harayından.
Bakıda, İstanbulu görəydim deyənlərin,Salam apardım ora bir bölük alayından.
İstanbulda Bakını görmək istəyənlərin,Sayı çoxdur Bakıda olanların sayından.
İstanbul, 1987
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-baki-istanbul
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qəribin üstünə sanki dağ gəlir,Qürbət alçaqlara oyuncaq gəlir.
Bir yurd ki...Bir yurdu iki çapqın əli parçalayırsa,Yadlar ulusun dərdinə min dərd calayırsa,
Bir halda ki, ergəc öləcəkdir hamı, bilməmBir halda ki, ergəc öləcəkdir hamı, bilməm,Dünyada yaşarkən nə demək qorxmaq ölümdən?!
Köksündə açıb yaraKöksündə açıb yara,Ulu bir sənətkara,