Dalğalanan dan yeridir bayrağım,Üfüqlərdən üfüqlərə boylanar.Zirvəsində saxlar onu hər dağım,Haydı desəm qartal olub haylanar.

İşıqlanar şimşəyiylə yer, səma,O bir canlı ildırımdır, ildırım.Gərək onu Günəş kimi daimaUlduzlardan ulduzlara qaldırım.

Kim endirər ay-ulduzlu bayrağı,Şölə saçan üç alovlu rəngi var!Süngüsündə Oğuzxanın mızrağı,Türküsündə Koroğlunun cəngi var!

Ürəklərdə alovdur o, oddur o!Ocaq yoxsa alov da yox, od da yox!Yurddaşlara ulusdur o, yurddur o,Bayraq yoxsa, ulus da yox, yurd da yox!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине