Dünya evi, bir ev ki,Sönməz odudur sevgi,Duyduqca onu, sev ki,Dünya ulu dünyadır,İnsan dolu dünyadır.

Qoynunda həyat çağlar,Dağlar, dərələr, bağlar,Can verməli irmaqlar,Dünya ulu dünyadır,İnsan dolu dünyadır.

Ay hüsnünə həsrətdir,Ulduzlara ziynətdir,Başdan-başa cənnətdir,Dünya ulu dünyadır,İnsan dolu dünyadır.

Alqışlar onu göylər,Aləmləri cəlb eylər,Heyranı olan söylər:Dünya ulu dünyadır,İnsan dolu dünyadır.

Dünya nə demək, anlarCandan sevən insanlar,Duymaz onu nadanlar.Dünya ulu dünyadır,İnsan dolu dünyadır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов