Ərzurumun gədiyinə varanda
Ərzurumun gədiyinə varanda,Türkü deyib, Kərəm kimi alışdım,Göz yaşımı gizləməyə çalışdım,Ərzurumun gədiyinə varanda.
Ərzurumun gədiyinə varanda,Gördüm qartal oylağına varmışam,Quzğunların öfkəsini yarmışam,Ərzurumun gədiyinə varanda.
Ərzurumun gədiyinə varanda,Yoxa çıxdı içimdəki darlığım,Bu varlığa ayna oldu varlığım,Ərzurumun gədiyinə varanda.
Ərzurumun gədiyinə varanda.Göy gurladı, şimşək çaxdı, sel axdı,Onda gördüm bölük-bölük el axdı,Ərzurumun gədiyinə varanda.
Ərzurumun gədiyinə varanda,Öz əlimlə öz yaramı saranda,Gözlərimdə yaylaq oldu aran da,Ərzurumun gədiyinə varanda.
İstanbul, 1984
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-erzurumun-gediyine-varanda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yumdu bir gözünü bir ov oğrusu,Düşdü böyrü üstə maral yavrusu.
Yurd gözəllikləriBu gözəlliklərə vardıqca, ürəklər vuracaq,Coşaraq şair olanlar qoşacaq dastanlar.
Nə çıxarSöyləyən arif ola, dinləyən abdal, nə çıxar?Nə çıxar? Çıxsa ya bir hiylə, ya bir fitnə çıxar!
Yerləri bürüyüb ağappaq cunaYerləri bürüyüb ağappaq cuna,Göylər də bağlayıb buz, sular kimi