Gülmək yaşamaqdır, gözəlim, ağlamaq – ölmək,Mən dərdimi bölmək dilərəm, dərdimi bölmək,Gülmək dilərəm vəslə erənlər kimi, gülmək,

Yaddaşdan olurmu əbədi anları silmək!?İnsafa gəlib, yarının imdadına gəlmək,Bir sevgiliyə, məncə, gərəkdir bunu bilmək,Sevməkmi gözəldir, gözəlim, yoxsa sevilmək!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов