Günəş insanlığa xidmət eylər,Yapalaqlar ona nifrət eylər.

Neçə milyon yaşı vardır, əcəbaNə zamandan o, səyahət eylər?!

İstəsə yoxluğa varlıq gətirər,İstəsə varlığı zülmət eylər.

Onun eşqiylə yanar ulduzlar,Ay onunla necə ülfət eylər!

Məncə, dünya bir əmanətdir ona,Sanma dünyaya xəyanət eylər!

Ucalardan ucadır taxtı-tacı,Kainata o, nəzarət eylər.

Tanrının nuru onun şəfqətidir,Onu riqqətlə ziyarət eylər.

Haqqa heyran olan insanları o,Haqqa, insanlığa dəvət eylər!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви