Gülüm, yaşatdın məni,Gecənin o tayında.

Göyə ucaltdın məniGecənin o tayında.

Odlu bilməcələr var,Dadlı düşüncələr var.

Gündüzlü gecələr varGecənin o tayında.

Gecənin o tayındaKönül arzumu gördüm.

Bəxt ulduzumu gördümGecənin o tayında.

Bu dünyadan nə anlarEşqə tutulmayanlar?!

Yaşar əbədi anlarGecənin o tayında.

Boşluğa atdın məni,Dərdə uğratdın məni.

Zülmətə qatdın məniGecənin o tayında.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов