İnanc
Mən deyirdim ki mənim gözlədiyim gün gələcək,Bir sabah türkülərim Türkiyədən yüksələcək.
Mən yazırdım ki qaranlıq qala bilməz əbədi,Al Günəş zülməti çarpan şəfəqiylə siləcək.
Mən duyurdum ki mənim dərdlərimi soydaşlarDinləyə-dinləyə birlikdə mənimlə böləcək.
Mən görürdüm ki mənim ağlayan istəklilərimHönkürə-hönkürə elliklə sevincdən güləcək.
İnanırdım ki alovlarla tutuşmuş qələmimYağılar bağrını bir ox kimi bir gün dələcək.
Söyləyirdim ki amansız acılar keçmiş olar,Gələcək gəlməlidir, gəlməyə bilməz gələcək.
Mən bilirdim ki, igid türklərin alqışlarınıEşidincə yapalaqlar həsədindən öləcək.
Can atırdım o canım Türkiyəyə candan mən,Nə bilirdim ki, mənim qədrimi türklər biləcək?!
Ankara, 1988
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-inanc
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey oğul, zərrəcə qansızlaşma,Dostuna qarşı amansızlaşma,
Tarixdə tufanlar, üsyanlar olmuşTarixdə tufanlar, üsyanlar olmuş,Cahangirlər olmuş, aslanlar olmuş,
Varlıqda açılmaz möcüzələr varVarlıqda açılmaz möcüzələr var,Dahilər yaşayıb, bundan halıyam,
Arazam Kürə bəndəmİçimdə bir bürkü var,Könlümdə bir türkü var,