Duyğuları sazaq olan,Hissləri his-pasaq olan,Yaxınları uzaq olan,Qardaşına sirdaş olmaz.Olmaz, qardaş! Qardaş, olmaz!

Özündən bəhs edənlərdən,Bir ucdan üyüdənlərdən,Öz xeyrini güdənlərdən,Əyri yolla gedənlərdən,Yoldaşlara yoldaş olmaz.Olmaz, qardaş! Qardaş, olmaz!

Eliylə vəcdə gəlməyən,Ocağıyla yüksəlməyən,Ana dilini bilməyən,Xəcalətindən ölməyən,Adamlardan yurddaş olmaz.Olmaz, qardaq! Qardaş, olmaz!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов