Ocaq
Yunis Əmrə ocağına
Gələnlərə salam olsun,Qaranlığı şimşək kimiDələnlərə salam olsun.
Salam olsun gələcəyə,İşıq tutan bir ürəyə,Haqq yaşasın deyə-deyə,Ölənlərə salam olsun.
İlham alıb gündüzündən,Doğmaların gül üzündən,Yasaqları yer üzündənSilənlərə salam olsun.
Sevincini ərənlərlə,Dərdə köküs gərənlərlə,Saza könül verənlərləBölənlərə salam olsun.
Salam o çağlayanlara,Yurdu qucaqlayanlara,Ulusla ağlayanlara,Gülənlərə salam olsun.
Bu dünyada cənnət nədir,Ömür nədir, ziynət nədir,Şeir nədir, sənət nədirBilənlərə salam olsun.
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-ocaq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çağlayanlar kimi ruhum çağlar,Çağlayan ruha yasaq alçaqlar.
Bəzi “şeirşünaslar” məni eşitsə, gözlə!Bəzi “şeirşünaslar” məni eşitsə, gözlə!Şerin sirri açılar bəlkə azacıq ona!
Qaş incə bəzəkdirQaş incə bəzəkdir,Gözsüz qaşa bir kimsə vurulmaz!
İyilikKim yamanlıq dilədi, mən iyilik etdim ona,İyilik etdim, iyi olmağı öyrətdim ona.