Gənclər, qocalar nəşəli, Müşfiq küçəsində,Parlar bir ömür məşəli Müşfiq küçəsində.

Müşfiq küçəsində açılar nəğməli könlüm,Könlüm dəlidir, mən dəli, Müşfiq küçəsində.

Burda yaşamış, burda yaratmış iki ustad,Bir ev görürəm lövhəli, Müşfiq küçəsində.

İndi hanı Cəfər, hanı Müşfiq, hanı dağlar?Dağlar hanı, dağ cüssəli, Müşfiq küçəsində?!

Bir dadlı xəyal oldu, dumanlandı o illər,Bir xatirə var kölgəli, Müşfiq küçəsində.

Alqışlayır ellər ulu ustadları candan,Ellər nə qədər öfkəli, Müşfiq küçəsində.

Nakam Mikayıl Müşfiqin, əlbəttə ki bir günYüksəlməlidir heykəli Müşfiq küçəsində.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов