Bir albom əlimə keçdi,İçində köhnə şəkillər.Açdım, açıla bilmədi,Gözümə qapalı illər.

Bir albom əlimə keçdi,Şəkilləri solğun, sarı,Tanımadım keçmişlərin,O tayından baxanları.

O illər xəyala dönüb,O çağlar qaranlıq, uzaq,Cavanları tanımadım,Qocalar yabançı, yasaq.

Bu dünyadan gedənləri,Yaddaşlardan zaman silir.Adsız ulu babaları,Kötükcələr hardan bilir?!

Kimdən kimi soruşsunlar,Tanıyan, bilən qalıbmı?Bu şəkillər kimə gərək,Köməyə gələn qalıbmı?

Hər yoxuşun enişi var,Biz də bir gün enəcəyik.Bəlkə bir gün bu gərəksiz,Şəkillərə dönəcəyik...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов