Ayrıldıq, Atam
Bağ-bağ açılır könlümüzün bağları, bağ-bağ,Tağ-tağ uçulur ömrümüzün tağları, tağ-tağ,Sağ-sağ tutuşur ruhunun aşiqləri, sağ-sağ,Dağ, dağ çəkilir yolçuların köksünə, dağ, dağ!
Zülmət çökülür, çıxdı günəş mənzilimizdən,Ayrıldıq, Atam, sən kimi can sevgilimizdən!
Kor-kor baxırıq yaşla dolan gözlərə kor-kor,Tor-tor görünür pənbə şəfəqlər bizə, tor-tor,Qor-qor közərir hisslərimiz köz kimi, qor-qor,Zor, zor çəkilər matəminin zilləti, zor, zor!
Dünya darılır ərşə çıxan nisgilimizdən,Ayrıldıq, Atam, sən kimi can sevgilimizdən!
Yel-yel çəkilir ahımızın tüstüsü, yel-yel,Tel-tel sökülür ruhumuzun çalğısı, tel-tel,Göl-göl yığılar göz yaşımız çöllərə, göl-göl,Sel-sel dağılar həsrətimiz, yollara, sel-sel!
Dağlar yarılar ortadan aşqın selimizdən,Ayrıldıq, Atam, sən kimi can sevgilimizdən!
Göz-göz açılıbdır yaramız, görsənə, göz-göz,Köz-köz yaxılır bağrımızın ağrısı, köz-köz,Tez-tez dəyişir qəlbimizin vurğusu, tez-tez,Döz, döz deyir insan kimi daşlar bizə, döz, döz!
Bitməz yasımız, tutmasa ruhun əlimizdən,Ayrıldıq, Atam, sən kimi can sevgilimizdən!
Rəng-rəng dəyişir doğmaların çöhrəsi, rəng-rəng,Təng-təng əsir ömrün gidi rüzgarları, təng-təng,Cəng, cəng edir azğın ölümün carçısı, cəng cəng!Ləng-ləng aparırlar səni son mənzilə, ləng-ləng.
Ah, ayrılığın türküsü düşməz dilimizdən,Ayrıldıq, Atam, sən kimi can sevgilimizdən!
Yar, yar ulusun köksünü, loğman kimi, yar, yar,Var, var sənin eşqin orada daima, var, var!Dar, dar gələcəkdir bu üfüqlər bizə, dar, dar!Bar-bar bağıraq, qoy, o sağır göylərə, bar-bar!
Kimlər səni aldı obamızdan, elimizdən,Ayrıldıq, Atam, sən kimi can sevgilimizdən!
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-ayrildiq-atam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Aləmi var dağların,O sönməz ocaqların,
Qızılgül gülümsər, bülbül qan ağlarQızılgül gülümsər, bülbül qan ağlar,Zavallı pərişan-pərişan ağlar,
Doymaram hüsnünün ülviliyindənDoymaram hüsnünün ülviliyindən,Ruhun yabançıdır yasaq şeylərə.
Bir şairəOlmaz, bu gerçəyi ola bilməz yalan sanan,Şerə sənin qədər vurulan olmamış, inan!