Yurda xor baxanlar xar olsun, qızım,Ar olsun onlara, ar olsun, qızım!

Yer üzü üzünə açıq olmasın,Gen dünya gözünə dar olsun, qızım!

Çıxmasın ölüncə xarabalıqdan,Bəxtinə bayquşlar yar olsun, qızım!

Yabançı mənliyi, yasaq varlığıÖlkədən-ölkəyə car olsun, qızım!

Dərmanı olmayan bir dərdə düşsün,Gecəli gündüzlü zar olsun, qızım!

Qaralsın çırağı bahar çağındaYolları qor olsun, qar olsun, qızım!

Dili bilməyənin tutulsun dili,Gözü kor, qulağı kar olsun, qızım!

Ata ocağında, ana dilindəKonuşan oğullar var olsun, qızım!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов