Mən nəğməli bir quş idim,Bir gülə vurulmuş idim,Yay kimi qurulmuş idim,Qırıldı kamanım mənim.

Top qurub, aman, tutdular,Tutdular, yaman tutdular,Mənə bir divan tutdular,Kəsildi gümanım mənim.

Yandı canım dar qəfəsdə,Gözüm yolda, könlüm səsdə,Günəş doğarmı məhbəsdə?Çökdü asimanım mənim.

Ayrıldım könüldaşımdan,İldırım çaxdı başımdan,Qasırğalı gözyaşımdanDağıldı limanım mənim.

Səsim batdı hayım kimi,Dedim: vay yox, vayım kimi.Kimi haraylayım, kimi?Kim olar loğmanım mənim?!

Gəlib bağrımı yardılar,Qanadlarımı qardılar,Azadlığa çıxardılar,Yaxıldı imanım mənim.

Hayana vardım, olmadı,Ahıma yardım olmadı,Kimə yalvardım, olmadı,Olmadı amanım mənim.

Qanadlarımı qaralı,Yaralıyam mən, yaralı,Yarı canımdan aralıTapılmaz dərmanım mənim.

Necə qanım qaralmasın,Oylağımı qar almasın,Qəlbimi qübar almasın,Çəkilməz dumanım mənim?!

Yaralı quşun fəryadı,Titrədər doğmanı, yadı,Dünyadan gözüm doymadı,Pozuldu zamanım mənim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов