Biz şöhrəti dillərdə gəzən yurdda doğulduq,Mərd bir ulusun sevgili övladları olduq.

Ən mutlu göründük onun ən parlaq adıyla,Göylərdə qanad çaldıq, ucaldıq qanadıyla!

Alçaqları qovduq içimizdən, dışımızdan,Quzğunlara küy düşdü könül çağrışımızdan.

Sərhədlərimiz bərkidi qurbanlarımızla,Aslan südü içmiş igid oğlanlarımızla!

Yoxdur içimizdə nə çəkinmək, nə də ürkü,Dağlarda gəzir qoşduğumuz sel kimi türkü.

Tənburla gülər saz, davulun sirdaşıdır ud,Ölməz, ölə bilməz Atamızdır Dədə Qorqud!

Biz mütluyuq, ərdəmli olanlar bizə eşdir,Odlarla ucaldıq, odumuz canlı günəşdir.

Torpaqda ulus dağları, yurd daşlayırıq biz,Dağ cüssəli yurdun ulu yurddaşlarıyıq biz!

İstanbul, 1986

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине