Afrika nəğmələrindən
Qaranlıqdan səs– Sonu varmı, sonu varmı;yolumuzdan çəkilməyən,dan ocağı sökülməyən,üzümüzə bir gülməyən,gecələrin, gecələrin?Göydə bulud – qara gəmi!Qara günün qara qəmi!Ömrün işıqsız aləmi!Gecələrin, gecələrinsonu varmı?Bu qaranlıq qurtararmı?
Əks-səda– Keçməlisən bu qəm doluağır yolu, çətin yolu.Vuruşlarda qazanacaqAzadlığı insan oğlu.
Səs– Gözümün kökü sarı.İllər keçir qəm qatarı!Kim qırar bu intizarı?!Nə vaxt, nə vaxt yıxılacaqgecələrin qəm hasarı?
Əks-səda– Prometey gələr, deyə,verər sənə od-hədiyyə.Yox, gözləmə!Diri-diriqır qolundan at zənciri.Prometey əfsanədir.Olsa belə, nadir olur.Azadlığı sevən insanqələbəyə qadir olur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/resul-rza-afrika-negmelerinden
Клавиши ← → для перехода, R — случайное стихотворение