Ağlama, Şərq, ağlama
Ağlama, Şərq, ağlama!Yanğıları göz yaşı söndürməz.Yaraları ovutmaz göz yaşı.Doğra yanıqlı nəğmələrini;bir cərrah kimi doğra:Çıxart onlardankədəri, qəmi, ümidsizliyi;göz yaşını çıxart!Mütilik, laqeydlik qalmasınbir damcı da.Çıxart, yerinə duz bas!İnsanlıq duzu!Bərabərlik duzu!İnam, qürur duzu!Arzu, ümid duzu!Göynəsin nəğmələrin;qəzəblə, üsyanla göynəsin, –döz ağrısına, Şərqim!Ağlama ancaq!Ovcunda sıx qəlbini,eşidən olmasın iniltisini.Dişlərini qıca.Get şimşəkli bahara kimi!Görsünlər ki, məhəbbətinQəzəbinin alovunda isinir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/resul-rza-aglama-serq-aglama
Клавиши ← → для перехода, R — случайное стихотворение