Biri vardı,biri yoxdu,bir Cırtdan vardı.Günlər keçdi,illər ötdü;nə Cırtdan qocaldı,nə nağıl qurtardı.Dünya girdineçə yüz...neçənci savaşına...Cırtdan qocalmadı.

Alma düşdü Nyutonun başına;Cırtdan qocalmadı.Yerə qurşaq bağladı Magellan.Yelkənli gəmi atom buzqıranı oldu –qocaman.Cırtdan qocalmadı.Ulduzları düzdü yan-yanaQaliley.Kosmosa yol açdıinsan sürücülü polad ley.Cırtdan qocalmadı.1914-cü il

toplar torpağa bağırdı:“Havaya qalx!”Güllələr insana əmr etdi: “Əyil!”Biri vardı, biri yoxdu,bir Cırtdan vardı.Günlər keçdi,illər ötdü,nə Cırtdan qocaldı,nə nağıl qurtardı.

Torpağa ilkin ütü çəkdiingilis tankları.Nikolayı taxtından saldılar;sonra növbə gəldi müvəqqətiyə.İnsanlığa yeni nəğmələroldu hədiyyə.Başladı tarixin“kim kimi” sınaqları.Cırtdan qocalmadı.

Dünya rahatsızdır hələ.Hələ xeyli yol vardinclik adlı mənzilə.Bu yolda qocaldıq neçəmiz.Qurtuluş səsiylə dolu keçdigündüzümüz, gecəmiz.Cırtdan qocalmadı.Biri vardı, biri yoxdu,bir Cırtdan vardı.Günlər keçdi,illər ötdü,nə Cırtdan qocaldı,nə nağıl qurtardı,Belə, dostlar, belə!Gülə-gülə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов