A.Faruqa

Bu kitabı sən vermişdin.Üstündə“Dostum nöqtə, nöqtə” yazı.Sonra, sonra oldusənə atılan acı sözlərin,insafsız sözlərin,tikanlı sözlərintolamazı.

Sənin yazından aşağıiki sətri mən yazmışam;o bədbəxt, o qaynar,o kədərli axşam;dostluğumuzun yeri göynəyəndə.Mən yazmışamvaraqlarındagecəmi gündüzümə caladığım kitabınəzik köynəyində.Bu məktubdan sonra görüşmədik.Sən özün yazmışdın:“Bəlkə görüşmədik!..”Görüşmədik;bəlkəsiz.Nə son dəqiqələrindən xəbərim var,nə harda basdırıldığını bilirəm.Bəlkə qara quzğunlarcaynaqlayıb yedi qara gözlərini.Bəlkə də yanaqlarındagilə-gilə buz oldu,hələ ağrılı nəfəsin kəsilməmiş,üzünə düşən qar naxışları.Bəlkəüstünə cansız sərildiyin torpaqda,bir parça, bir boy o torpaqda,cəsədin qaldı neçə gün.Və düşmən ayağı dəymədi torpağın o parçasına.Bu da sənin vətənə son borcun oldu.Bəlkə də o torpaq,o torpaq ki, sinəsinə aldı səni,dönə-dönə sənin qorucun oldu.Lakinnə sən qoruya bildin onusona qədər,nə o səni.Əbədi o torpaqda qaldıyurdumun neçə-neçəƏlisi, Əhmədi, Həsənivə sən!Dünyaları versələristəməzdim;bir gün, təbəssümünlə,qapımdan girsən.

mart, 1964

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине