Üç gecənin birində
Üç gecədir sənsizəm,Gündüzləri demirəm;gündüzlərim dolu olur:adamla,xəbərlə,nar dənələriylə.Qurtum-qurtum suTəkər səsi,Və belə-belə.Gecələrim bütün bunlarsız olurAdam,xəbər,su,təkər səsi.və narsız olur.Üç gecədir sənsizəm,Üç gündür çevirirəm,vaxtı varaq-varaq.Bir-bir ötür keçir,ağı-qarası.İstəyirəm biləmhardasan.Yaddaşımda,közə düşən bir damcı su kimi,buxarlanır xəyalın.
Ancaq bilirəm:bu gecələrin birindəsən vardın.Uçan ulduz kimi,suda əriyənbir çimdik duz kimi,ayrılan yolumuz kimi,şəffaf buz kimi.Yuxusuz,kimimən itirdim?Kim itirdi məni?Tapmıram soruşam,tapmıram səni.Gecələrin birindəsən;qupquru gözlərinlə,yaşarmış sözlərinləGecələrin birində yox oldun.Var idin ki, yox oldun.Yox yox olarmı?Üç gecədir,axtarıram yuxularımı,Ümidimi itirməmişəm.Axtaracağam səninə qədər ki, sağam.Səninçin ölməyəcəyəm, yox.Ölməmiş, səni tapacağam.
Qucarat, 1963
Kitabxana.az · https://kitabxana.az/ru/works/resul-rza-uc-gecenin-birinde
Клавиши ← → для перехода, R — случайное стихотворение