Страница 2 из 2 · 50%

  • Koba yoldaŞ, siz bu adama etibar yoxdur, dediniz ha!.. Biz də onu dərhal
    təmizliyə verdik!.. dedilər.
    Ilk tanıŞ olduğu bizlərə “proletariat sədaqəti” haqqında anlatdığı bu
    əhvalatdan çıxarılacaq nəticə aydındır.

Kobanın Vışinskiyə bir təbliği

Kobanı çox seyrək olaraq arada-sırada görürdüm. Dürlü konspirasiya
Şərtləri daxilində nadir təsadüflər bizi qarŞılaŞdırırdı.
1905-ci ildən sonra çarlıq mexanizmasında baŞ verən sarsıntı və zəifləmək
üzündən bəzi yerlərdə bir sıra ixtilal yüksəliŞi zühur edirdi. Bakı bu yüksəliŞ
yerlərindən biri idi. Burada müxtəlif vasitələrlə baŞ verən ümumi tətilllər, siyasi
nümayiŞlər və ümumi əfkarı çalxalandıran bir sıra soyğunçuluq, siyasi qətl kimi
hadisələrin havası içində müxtəlif ixtilal təŞkilatlarının yarı gizli fəaliyyətləri
formalaŞmaqda idi. Tez-tez toplantılar, konqreslər və konfranslar olurdu.
Günün birində Bakı civarında petrol təsfiyəxanalarının (neftayırma
zavodlarının) bulunduğu QaraŞəhər deyilən bir məhəldə idik. Gecənin gec
saatlarında bir dülgər atelyesində çarlıq əleyhdarı müxtəlif inqilab təŞkilatlarına
mənsub delegelərdən ibarət bir konfransda idik. Günün taktikasına aid olan
müŞtərək məsələlər müzakirə edilməkdə idi. Müzakirələr yuxarıda qeyd etdiyim
bolŞevik-menŞevik görüŞü üzərinə cərəyan edirdi. BolŞevik görüŞünü Koba, yəni
Stalin, menŞevik görüŞünü isə indi sovetlərin millətlərarası sözçülüyünü yapan
Andrey VıŞinski müdafiə edirdi.
O zaman azərbaycanca intiŞar edən çarlıq əleyhdarı milli müxalifət orqanı
“Təkamül” qəzetəsini bu toplantıda mən təmsil edirdim. Müzakirələr rusca idi. Rus
olmayan bir çoxları kimi mənim ruscam da çox mükəmməl sayılmazdı. Üslub və
qramer xətası da yapmamıŞ deyildim. Müzakirədə iŞtirak ilə təmsil etdiyim milli
müxalifət cərəyanının anladığı taktika icabı olaraq baltanı çarlığın da kökünə vuran
bolŞevik görüŞünə üstünlük verən bir ifadəm vardı. Bunu həzm etməyən o zamankı
menŞevik VıŞinski yapdığım yanlıŞlıqlara eyhamla:

  • YoldaŞ, ədəbi deyil!.. - deyə üslubuma taxıldı (sataŞdı). Koba isə dərhal:
  • Haydı, yoldaŞ VıŞinski, bir çıxıb türkcə, azərbaycanca danıŞ, baxaq kim
    daha ədəbi danıŞır?.. - deyə ona qarŞı çıxdı.

Türkiyədə Gənc Türklər inqilabı

1908-ci ildə Türkiyədə Gənc Türklər inqilabı baŞ vermiŞdi. Hürriyyətsevən
dərnəklərdə, xüsusən Qafqaz türk və müsəlmanlarının fikir və siyasi hərəkat
mərkəzi olan Bakıda bu hadisə günün mövzusu idi. Bir təsadüflə Kobaya rast
gəldim.

  • Osmanlı inqilabı haqqında bizim dərgiyə bir məqalə yazsanız, dedi.
    “Bizim dərgi”dən məqsədi yuxarıda bir münasibətlə qeyd etdiyim Sənaye
    IŞçiləri Sindikasının orqanı “Qudok” (“Düdük”) idi. Məqaləni yazdım. “Qudok”
    redaksiyonuna gətirdim. Redaksiyanın o zamankı bir çox müəssisələr kimi iki üzü
    vardı. Bir üzü rəsmi idi. Dərginin hökumətdən icazə almıŞ imtiyaz sahibi və məsul
    müdiri iŞçilərdən SaŞa Samartsev adında birisi idi. Bunun arxasında dərginin bir də
    gizli bir redaksiya heyəti vardı ki, buraya Koba ilə Timofeyev adında partiyalı bir
    münəvvər daxildi. Heyət bir çəkməçi dükanının pərdə ilə ayrılan arxa tərəfində
    toplanırdı. Türkiyədəki məŞrutiyyət inqilabı haqqında yazdığım məqaləni burada,
    bu çəkməçi dükanında oxuyacaq, tədqiq edəcəkdik. Məqaləni oxuduq. Timofeyev
    onu Şiddətlə tənqid etdi:
  • Öz burjuaziyamızı tənqid edir və hətta ona xor baxırıq. Rəsulzadənin
    məqaləsində isə Türkiyə burjua inqilabı öyülür. Özümüzdə xoŞ görmədiyimiz
    bir Şeyi nə deyə Türkiyədə xoŞ görüb, idealizə etməliyik? - dedi: məqalənin rəddini
    istədi.
    Koba müdaxilə etdi:
  • YoldaŞ yanılır, məsələni çox bəsitləŞdirirsən, - dedi. - Rusiya Şəraiti ilə
    Türkiyə Şəraiti bir-birindən ayrıdır; bizdə bir reaksiyon deyə hesab olunan hadisə
    Türkiyədə bir tərəqqi hadisəsidir. Rəsulzadənin məqaləsi çox yerindədir, orada
    yürüdülən mühakimə çox haqlıdır, məqalə basılmalıdır. Nəhayət, məqalə basıldı.

Bizim 200 rublə

Yuxarıda izah etdiyim hərci-mərc illərində Rusiyada və Qafqaziyanın hər
tərəfində olduğu kimi, Bakıda da müxtəlif izinli və izinsiz cəmiyyətlər fəaliyyət
halında idilər. Ümumi xeyir iŞləri və maarif yapan cəmiyyətlərlə bərabər gizli
fəaliyyətlərdə bulunan siyasi-ideoloji təŞkilatlardan baŞqa hökumət idarəsindəki
zəiflikdən istifadə edən bir çox soyğunçu dəstələri də fəaliyyətdə idilər. Müxtəlif
ideyalar namına möhtəkirlik yapan bu quldur dəstələri zənginləri təhdid edərək
para çəkir, bəzilərini çalıb-çapır, aldıqları girov pulu müqabilində buraxır, çox kərə
böyük firmalara göndərdikləri təhdid məktubları ilə bunları xərraca bağlayırdılar.
Bakının məŞhur milyonerlərindən Musa Nağı bir aralıq tutulmuŞ, verdiyi böyük
miqdarda bir nicat puluna müqabil hürriyyətinə qovuŞmuŞdu. Hali-fəaliyyətdə
bulunan bu quldur dəstələri arasında bolŞevik partiyası hesabına çalıŞan bir
dəstənin də mövcudiyyətindən bəhs olunurdu. Bu çetenin baŞında isə Erivan
meydanının qəhrəmanı (bu hadisə məŞhurdur) Şəxsən Kobanın bulunduğu sonradan
öyrənilmiŞdi.
Sonraları, Istanbulda eŞitdiyim bir rəvayəti bu söylədiklərimlə ilgili
olduğundan burada zikr edim:
Sözü keçən dövrdə polisin acizliyini görən bəzi firmalar təhlükəsizliyini
verdikləri dolğunca maaŞ müqabilində Bakının “qoçu” deyə məŞhur olan
qoçaqlarına əmanət etmiŞdilər. O cümlədən məŞhur petrol Şirkəti Nobel bu
məqsədlə H.M.-yev deyilən birisilə bağlaŞmıŞdı. Bu zat 1927-28-ci illərdə
emiqrant ikən Istanbulda bir çoxlarına Bakıya aid xatirələri arasında Şayani-diqqət
bir hekayə danıŞmıŞdı:
BolŞevik partiyasının təhdid qolundan adı keçən firmanın neft alan Şöbəsinə
bir məktub gəlir. Məktub 50 000 rublənin müəyyən gün və saatda gələcək
yoldaŞlara təslim edilmək üzrə hazırlanmasını tələb edir. Firmanın müdiri H.M.-i
çağırır və ondan təyin olunan saatda terroristlərlə qarŞılanmasını tələb edir. H.M.
bir neçə qoçusu ilə birlikdə gözləyir. Təyin olunan saatda iki yoldaŞı ilə Koba (yəni
Stalin) peyda olur. Qorxu təlqin edən sərt bir baxıŞla H.M.-i süzən Koba ona ismi
ilə xitab edərək qandırıcı bir ifadə ilə:

  • H., deyir, biz adi bir oğru-quldur deyilik. Kapitalizmə qarŞı vuruŞan bir
    iŞçi partiyasıyıq. Hədəfimiz Rusiya çarlığıdır. Biz iŞçilər bu zülmün altındayıqsa,
    siz müsəlmanlar iki zülmün altındasınız. BaŞqasının xüsusi mənfəətini qorumaq
    üçün bizə qarŞı silah çəkmək, canınızı mənasız yerə hədər etməkdir. Halbuki bizim
    aldığımız paralar hürriyyət üçün sərf olunur; bir millət olaraq sizin hürriyyətiniz də
    bunun içindədir.
    Bundan sonra H.M. bəyin müqaviməti qırılır və həmən arkadaŞlarına
    dönərək:
  • Biz pas, deyir.
    Mahiyyətinə qısaca təmas etdiyim bu dövrdə mən Bakıda maarif yayan
    “Nicat” cəmiyyətinin rəyasətində bulunurdum. Bu, rəsmi icazə ilə fəaliyyət yapan
    bir cəmiyyət idi. Onun pərdəsi altında siyasi fəaliyyətdə bulunan gizli bir qrup
    gizlənirdi. Bu qrup çarlığa qarŞı konspirasiya yapan bütün ixtilal partiyası və
    qrupları ilə təmas halında idi.
    Günün birində bolŞevik partiyası maliyyə komisyonuna mənsub üzvlərdən
    bir neçəsi mənə müraciət etdi:
  • MüŞtərək bağ gəzintisi yapaq, siz rəsmi ünvanınızı verir, biz də Şəhərdə və
    cəmiyyət içində nüfuzu olan məŞhur xanım və bəylərdən, tanınmıŞ aktyor və
    aktrisalardan mürəkkəb bir dəstə ilə bağ gəzintisinin baŞarılı olmasını təmin edərik,
    dedi.
    Nəticədə: “Necə olur-olsun, gəliri aramızda börüŞdürərik” təklifində
    bulundu.
    O dövrdə bu kimi kombinasiyalar adi iŞlərdəndi. Bunun heyrət ediləcək bir
    tərəfi yoxdu. Idarədəki yoldaŞlarla görüŞdüm. Hamısı çarlıq əleyhdarı adamlar
    olduğundan təklifi iyi qarŞıladılar. Hərəkətə keçildi. Bağ gəzintisi baŞlandı.
    Bakının məŞhur vali bağçasında tərtib olunan bu bağ gəzintisi üç gün davam
    edəcəkdi. Gəzintinin ilk günü baŞarılı oldu. YaxŞı gəlir əldə edildi. Bu temp ilə
    davam edəcək olursa, gəzintinin tam bir gəlir verəcəyi hər dürlü Şübhənin xaricində
    idi. Ikinci gün də gəzinti eyni temp ilə davam etdi.
    Bu arada Şərikimiz maliyyə komisyonu üzvlərindən Serebryakov mənə
    müraciət edir: “Kobanı tanıyırsan, onu Bayıl həbsxanasından (Bakının Bayıl burnu
    deyilən xəlicində üç tərəfi su olan bir həbsxana qalası ki, bir zaman mən də bunun
    sakinlərindəndim) qaçırmaq istəyirik, deyir. Bağ gəzintisinin baŞarılı olduğu və
    yaxŞı hasilat verəcəyi Şübhəsizdir. Bizim hissəmizə düŞəcək gəlir hesabına yoldaŞ
    Kobanın (yəni Stalinin) qaçırılmasını finansə etmək üzrə gəzintinin müdiri sifətilə
    200 rubləlik bir avans versəniz minnətdar olarıq”, deyir; iŞin təcili olmasını da
    Kobanın iki gün sonra gedəcək məhbuslar kəfiləsi ilə göndərmək zərurəti ilə izah
    edir. “Hər ehtimala qarŞı bəklədiyimiz nəticə aldığımız avansı qapamayacaq olsa,
    hissəmizə düŞən açığı dərhal ödəməyi təəhhüd edirik”, deyə təminat verməyi də
    ihmal etmir. Məsələni yoldaŞlara deyirəm: istənilən avansı verməkdə bir maneə
    görülmür.
    Bağ gəzintisinin üçüncü günü kassadakı pulun hamısını, lotereya üçün
    zərgərlik mağazalarından borc edilmiŞ gümüŞ əŞya qalıqlarını və sairəni toplayaraq
    gəzintinin baŞ qadın müdiri madam Baykova, “maliyyə komisyonu” üzvü və
    “Nicat” cəmiyyəti idarə heyəti üzvlərindən bir yoldaŞla birlikdə nəticəni bir
    hesabat halında təsbit etmək üzrə madamın evinə doğru hərəkət edirik. Qubernator
    iqamətgahının yanında bulunan Şəhər bağçasından aralanmıŞ, elə yan küçələrindən
    birinə dönmüŞdük ki, əli silahlı banditlər arabalarımıza hücum edir, kassa pulu ilə
    gümüŞ əŞyanı alır, üstəlik madamın bilərzikləri ilə sırğalarını da çəkib qeyb olurlar.
    Təxmin edəcəyiniz bir həyəcan və təəssür içində madamın evinə gəlirik;
    normal protokol yapacağımıza polis zəbti hazırlamaq lazım gəlir.
    Bağ gəzintisi gözlənilmədən bir fiasko ilə nəticələnmiŞdi. Bizim Şəriklər
    indi zərərləri qapamaq deyil, aldıqları 200 rubləlik avansı belə qaytarmaq
    niyyətində deyillər. Bu gün-sabah deyə məsələni boyunlarından atırlar.
    IŞin arxası var: Soyğunçuların bizzat bolŞeviklər partiyasına mənsub
    terroristlər olduğu qüvvətlə söylənilir.
    Lenin iŞ baŞına gəlincə çarlığın millətlərarası bütün borclarını ləğv etmiŞ
    ikən, 1903-cü ildə Rusiya Sosial-Demokrat Partiyasının konqresini finansə etmək
    üçün yapılan borcu dərhal ödəmiŞ, “Inqilab öz borcunu ödəyər!” deyə
    lovğalanmıŞdı.
    Ya bizim 200 rublə...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Milli Dirilik V

Milliyyətin ümdə rüknünü təşkil edən şey dildir. Dil adətən hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir. Dil milliyyətin hamısını təşkil etməsə də, yüzdə doxsanını vücuda gətirən böyük bir amildir. Bir milliyyəti məhv edib aradan götürmək qəsdində olan siyasilərdə əsil bunun üçündür ki, təmsil (assimilyasyon) əməliyyatı icra edərkən ən birinci fikirlərini dilə verər və ən əvvəl bir millətin dilini yaddan çıxarmağa səy edərlər. Qədim zamanlardakı insanlar daha mübtədi bir halda idilər. Din daha qüvvətli bir ictimai amil ədd olunurdu. Hakim millətləri özləri kimi etmək üçün dini tədbirlərə təvəssül ediyorlar və əlləri altındakı millətlərin etiqadına ilişiyorlardı. Halbuki, dildə daha mühüm bir qüvvəti-ictimai olduğunu dərk edən avropalılar bunun əksinə hərəkət etdilər. Dincə heç bir təzyiqdə bulunmayıb və yəqin ki, bu xüsusda şədid tədbirlər ittixaz eləməyib, bütün hümmətlərini ziri-hakimiyyətlərinə aldıqları millətləri milliyyətcə məhv etməyə qoyuldular. Bunu üçün də məzkur millətlərin dillərindən başlandı. Milli məktəblər təzyiq edildi, ana dili təhdid olundu. İştə yalnız burası nəzəri-etinaya alınmış olsa, millətlər dəxi təcdid etmək istədikdə və milliyyətcə mənlik hasil eləmək fikrinə düşdükdə, təbiidir ki, hər şeydən əvvəl dillərindən başlamalıdırlar. Çünki dil bir nöqteyi-nəzərdən haman millət deməkdir. Buna hər kəsdən ziyadə biz türklər əhəmiyyət verməliyiz. Türklər xasiyyətcə olduqca mütədəyyin bir millətdirlər. Bu tədəyünləri sayəsində islamiyyəti qəbul etdikdən sonra o qədər etiqadati-diniyyəyə mərbut olmuşlardır ki, adətən türklüklərini belə itirmişlərdir. Zatən islam özünə mömin olan müxtəlif millətlərdən bir millət vücuda gətirəcək qədər qüvveyi-təmsiliyyə olduğuna etiqad edənlər vardır. Hətta böyük bir türk hökuməti təsis edən osmanlılar belə bu axır zamanlara qədər özlərinin bir türk hökuməti olduğuna qənaət etmək istəməyib, kəndilərinə “islam hökuməti” demişlər. Türklərdəki bu məhviyyət və təmsilə ədəmi-müqavimət xüsusiyyəti türkləri haman türklər bulunan ölkələrin hər tərəfində anlaşılır. Ümumi bir türkcəyi, farsi və ərəbi nüfuzdan mübərra saf bir türkcəyə malik olmaqdan məhrum qılmışdır. Milliyyət və mədəniyyətimizin xüsusiyyət və təmamiyyətini təmin edəcək olan birinci əsas təəccüb deyilmidir ki, istiqlal və təmamiyyətə yabançı olan təsirata hər şeydə ziyadə giriftar olmuşdur? Bu gün bilatərəddüd demək olar ki, heç bir tərəfdən müstəqil və əcnəbi dillərin nüfuzundan azad xalis bir türkcə yoxdur. İstanbuldan tutub Kaşğarə kimi hamımız, təbir caiz isə, pozuq bir dil ilə danışmaqda və daha qarışıq bir dil ilə yazmaqdayız. Bu qarışıqlıqdan qurtarıb da həqiqi bir dil istiqlalına nail ola bilmək üçün nəzəriyyələrin nə qədər müxtəlif olduğu məlumdur. Dilin əhəmiyyəti-ictimaiyyəsi haqqında bəslənən nəzəriyyələrin ixtilafı qədər, islah yolunun layihələri də o qədər müxtəlifdir. Kimsə hər şeydən əl çəkib də bütün yabançı kəlmələri tərd ilə qədim türkcəyə, uyğurcaya müraciət etmək qədər irəliyə gediyor. Kimsə ərəbcə və farsca lüğətləri türkcə istiqlalının ən qəddar düşməni ədd ediyor. Onların türki və məhəlli şivədə mövcud lüğətlərlə əvəz olunmasını tələb ediyor. Bəziləri də türkcədəki, farsi və ərəbi lüğətləri ancaq istilah üçün qəbul edib sairlərini tullamaq tərəfdarıdırlar. Zərəri yalnız əcnəbi tərkib və üslubdan görənlər də az deyildir. Türkcəmiz haqqında pərvərdə olunan bu qədər müxtəlif nəzəriyyələr ilə onların müvafiq olub-olmadığından bu məqalədə bittəfsil mübahisə etməyəcəyiz. Bu xüsusda bəlkə də başqa bir vaxt möhtərəm qarelərlə mübadileyi-əfkar edəriz. Bu qədərlik zikrimiz isə yalnız məsələyə münasibəti olduğu üçündür. Bu xüsuslarda vaqe olan münaqişə və müzakirələrin bütün türk aləmində hər daim vaqe olduğu hər kəsə məlumdur. Bu yolda ki, fikir mübadilələri göstəriyor ki, türk aləminin hər tərəfdən az-çox türklüyün rüknünü təşkil edən bu dil məsələsinin həlli əlzəm görülüyor. Bu özü də bizdə milli dirilik ilə dirilmək istədiyimizə böyük bir dəlildir. Fəqət bu xüsusda qəti qərara gələ bilmək üçün hələ bir çox elmi tədqiqatlar lazımdır. Ancaq bu tədqiqlərin nəticəsindən hasil ola biləcək elmi müqəddəmatdan sonradır ki, məsələnin həlli qəbul olacaqdır. Bu müqqəddəmatlar hazır olmadığı müddətcə həman məsələnin həllinə qalxışmaq bir az əcələ olur. Ehtimal ki, arzu olunan nəticələri hasil etməz. Məəmafih bunlar hazır oluncaya qədər ədəbiyyatımız ilə dilimiz tamam durğun bir halda qalsın təklifini də etməyiriz. Yalnız bunu söyлəmək istəyiriz ki, müqəddəmati-məsələ hazır olmayanadək məsələyə qəti bir qərar vermək mümkün olmayacaqdır. Müqəddəmat isə aşağıdakı tədbirlərdən ibarət ola bilər: Bu günə qədər bizdə bütün türk şivələrinin lüğətlərinin cəmi, həqiqi bir lüğət kitabı yoxdur. Hətta əsl türkcə olmaq mənası ilə osmanlıda belə bir lüğət kitabı yazılmamışdır. Yazılan lüğət kitabları ancaq lisani-osmanı deyilən indiki üç-dörd dildən qarışıq osmanlı türkcəsinin lüğəti olmuşdur. Avropa, rus müstəşriqləri tərəfindən bəzi kamil və naqis lüğətlər yazılmışsa da, bunlarda hələ dediymiz məsələdə hakim olacaq bir dərəcəyi-əhəmiyyətə malik deyildilər. Biz çox kərə dilsizlikdən şikayət ediyoruz, bizdə bir çox kəlmələr yoxdur — deyə, həmən ərəbcə, farsca, yaxud da rusca və ya fransızcaya müraciət ediyoruz. Halbuki, qədim uyğurcanın tədqiqi, cığatay ləhcəsinin təhlili, Kazan və Orenburq tatarlarının şivəsi deyil, evimizdə arvadlarımız arasında, kəndlərdə xalq miyanındaki dilə müraciət etsək, bu kəlmələrin müqabillərindən bir çoxunu bularız. Keçənlərdə “panika” sözünün gözəlcə bir tərcüməsini mən evimizdə oturub, ailəmizlə söhbət elədiyim əsanda kəşf etdim. Məgərsə, “panika”-”çaxnaq” imiş. Bu qədər qəşəng, az-çox mənus bir kəlmə durduğu halda, biz bu kəlməni bu vaxta qədər həmən həyəcan, vəlvələ, təşviş, xəlcan, bilməm nə kimi kəlmələrlə tərcümə edərək gəlmişik ki, mənanı da ifadə edə bilməmişlərdir. İştə cavanlarımız üçün mövcud maraq eyni zamanda da olduqca faydalı bir məşğələ, hər kəs bulunduğu yerdəki lüğətləri, zürub-əmsalı və sair xalq ədəbiyyatına aid olan parçaları eynilən toplayacaq olarsa, görərsiniz ki, həmən arzu olunan türk lüğəti vücuda gəldi. Hər şivənin lüğəti yazıldıqdan sonra bittəb orta və ümumi bir türkcə lüğəti yazmaq da asan olacaq və böylə böyük bir lüğət vücuda gəldikdən sonra “təsfiyeyi-lisan” — deyə məşhur olan dil təmizləmək məsələsi də imkan daxilinə girə biləcəkdir. Darülfünunlarda oxumaqda olub da, millətlərinə az-çox bir xidmət etmək istəyən cavanlarımız iştə buyursunlar tətil zamanı məmləkətlərinə gəldikdə xalq arasına girsinlər, xalqın ehtiyaclarını öyrənib ona çarələr axtardıqları kimi milli dilimizin ehtiyaclarına da onlardan dərman arasınlar. Bilməlidir ki, bir dil süni bir yolla xəlq oluna bilməz. Dil təbii bir məxluqdur. Onun xəllaqı isə üdəba və mühərrirlər olmayıb, xalq özüdür. Bir şair ilə bir ədibin ərəb və ya fars qamuslarını vərəqləyib də xoşuna gəldiyi bir sözü həmən mətbuata atmaqla dil islah deyil, xarab olar, pozular, indiki türkcənin halına düşər. Halbuki, xalq arasından götürülən lüğətlər yonulub da ədəbi bir şəkil alsa, o zaman ədəbiyyat milliləşər və ancaq o zamandır ki, ədəbiyyatdan gözlənilən faydanı türk millətləri də ala bilərlər. Milli dilin dirildiyi üçün lüğətləri yığmaqdan başqa xalq ədəbiyyatını toplamaq, camaat arasında olan hekayələri, əfsanələri cəm edib, elmi bir surətdə təhlil və təsnif etmək də lazımdır. Bunlar ədəbiyyatı xalqa yaxınlaşdırmaq üçün lazımlı şeylərdir. Çünki müəyyən bir ədibin öz biliyini daxil edib də şəxsi hisslərlə deyil, xalq kütləsi tərəfindən ümumi bir vicdan və hiss nəticəsi olan bu əsərlərdə xalq və millətin rühi-əslisi həmən təzahür etməkdə və o millətin nə kimi bir ruh və hissə malik olduğu və nə kimi xüsuslarının möhtaci-islah və tərbiyə olduğu rəna bir sürətdə görünməkdədir. Köhnə ədiblərlə ədəbiyyatın tarixini yazmaq, bir türk tarix ədəbiyyatı vücuda gətirmək dəxi bu nöqteyi-nəzərdən olduqca müfid və lazımdır. Bu xüsusları nəzərə alaraq çox yaxşı olardı ki, şəhərimizdə mövcud olan maarif cəmiyyətlərindən bu xüsuslara əhəmiyyət verib də bu cəhətləri təşviq edən olaydı. Təşviqin nə kimi vasitələrə malik olduğu məlumdur. Bunlardan ən müəssiri isə, bizcə maddi bir fayda təmin edən müsabiqələr ola bilər. Fəqət bu kimi milli işlərdə ən böyük saiq xalqı sevmək və milliyyətinə dəli bir aşiq qədər mərbut olmaqdır. Ey millətin istiqbalını təmin edəcək türk gəncliyi, hardasan?!

19146 мин
Ey gənclik

EY GƏNCLİK!**Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki:

1 мин
Çağdaş Azərbaycan ədəbiyyatı

Bir neçə ay əvvəl Azərbaycanın mədəni ənənələrindən bəhs edərkən bu mövzunun bir hissəsinə toxunduq, orada XIX yüzillikdə Azərbaycan ədəbiyyatının keçdiyi mərhələləri göstərdik, onun 1905-ci il rus inqilabından sonrakı inkişaf mərhələsindəki şəxsiyyətlərini qeyd etdik və nəhayət, 1918-ci ildə milli Azərbaycan Respublikasının qurulması və istiqlalının elanına qədər baş verən ədəbi hadisələr üzərində dayandıq və söhbətimizi burada qurtardıq.Indi söhbətimizi həmin yerdən başlayacaq və sözü yaşadığımız günlərə keçirməyə səy edəcəyik. Bunu edərkən, dəmir pərdə arxasındakı hadisələrə aid qaynaqlardan kifayət qədər istifadə etmək üçün bütün imkanlara, təəssüf ki, malik olmadığımızı nəzərə almanızı da ayrıca rica edəcək, yol veriləcək nöqsanlar üçün öncədən üzr istəyəcəm.

195038 мин
Çağdaş Azərbaycan tarixi

Xanımlar, bəylər!“Azərbaycan Mədəniyyəti Birliyi”nin inzibati şurası “Azərbaycan tarixi Birinci dünya müharibəsindən zamanımıza qədər” mövzusunda bizdən bir məruzə istəmişdi. Qısaca, çağdaş Azərbaycan tarixi deyə biləcəyimiz bu mövzuda bir söhbət etmək üçün 28 may gününü seçdim.

195138 мин

Стихи других поэтов