Keçmişini bilməyən bu günün dərki edə bilməz həqiqəti bayağı olduğu
qədər də acıdır. Qoçaqları illərlə qılınc və qələm çaldılar. Lakin elə həmin nəslin
özünü-özgəni, böyüyünü-kiçiyini, xilaskarını-xəyanətkarını tanımaq istəyi,
xoşbəxtlikdən, sonsuzdur. Bu istəyə cavab olaraq əlinizdə tutduğunuz kitabçanı
çapa hazırlamağı lazım bildik.
Böyük vətəndaş Məmməd Əmin Rəsulzadənin Stalinlə bağlı xatirələri
Türkiyədə “Dünya” qəzetinin 1954-cü il may-iyun nömrələrində 28 məqalədə çap
edilmişdir. “M.Ə.Rəsulzadə kimdir?” adlı bioqrafik yazı da bu məqalələrə əlavə
edilmişdir.
M.Ə.Rəsulzadənin xatirələrini tam adı orijinalda “Bir türk milliyətçisinin
Stalinlə ixtilal xatirələri” adlanır. Bu əsər bir qayda olaraq “Stalinlə ixtilal
xatirələri” kimi məşhur olduğundan biz də onu məhz bu adla təqdim etməyi
münasib gördük.
Onu da deməliyik ki, bu məqalələrin fotosurətini dostu doktor Əli Yavuz
bəy Ağpınar göndərmişdir. Xatirələrdə Stalinin və stalinizmin anatomiyasının
açılması ilə yanaşı, əsrimizin ilk onillərində Azərbaycanda gedən çox maraqlı
proseslər təsvir edilir. Onu çapa hazırlayarkən hər hansı izahat verməkdən
çəkindik. Bizim işimiz Məmməd Əmin Rəsulzadənin üslubunu mümkün qədər
saxlamaqla, geniş oxucu üçün rahat olsun deyə Istanbul ləhcəsinə xas sözlər və
ifadələrin (məs: nasıl, kəndi, şöylə, böylə), artıq arxaikləşmiş ərəb-fars
tərkiblərinin qarşılığını verməkdən, eləcə də yenə Istanbul ləhcəsi üçün xarakterik
olan fel sonluqlarını (məs: gəliyorum, gediyorum) dəyişdirməkdən ibarət
olmuşdur.
Məmməd Əminin üslubuna xələl gəlməsin deyə ara-sıra vacib qarşılıqlı
sözləri mötərizədə verməyi lazım bildik.
XX əsr Azərbaycanın ən dəyərli şəxsiyyətinin çox maraqlı siyasi xatirələri
ilə istəkli oxucuların görüşünü ləngitməmək üçün yalnız onu deməklə kifayətlənək
ki, orijinaldakı cümlələrin quruluşu olduğu kimi saxlanılmışdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов