Nəfsin qərəzi, əqlin mərəzi
Ey nəfs, fərz bildiyim üçün niyayişin,Daim edəm gərək gecə-gündüz sitayişin;Dinim və məzhəbim, əməlimdir nümayişin,Şimdi nədir bu yolda mənə, söylə, xahişin?
İfayi-əmri-vacibül-iz’anın eylərəm,Məndən əmin ol, aləmi qurbanın eylərəm!
Gər olmasam bir işdə rəis, – eylərəm fəsad,Mehrü vəfanı tərk edərəm, başlaram inad,Sə’yimlə əlfiraqə dönər vəz’i-ittihad,Bir parə şəxslər mənə etməzsə inqiyad,
Mən özbəyəm, itaəti-fərmanın eylərəm,Məndən əmin ol, aləmi qurbanın eylərəm!
Bir şəxsin olsa əqli əgər min mənim qədər –Heç olmaram riza ola təhsin mənim qədər!Görsəm ki, xəlq edir onu tə’yin mənim qədər,Bir hiylə eylərəm, edəməz cin mənim qədər…
Sanma ki, məkrü hiylədə nöqsanın eylərəm,Məndən əmin ol, aləmi qurbanın eylərəm!
Təhti-rəyasətimdə rəvan olmayınca kar,Ya olmayınca qəbzeyi-hökmümdə iqtidar,Bir əmri-xeyri istər edə kim ki, intişar –Cür’ətlə eylərəm onu filfövr tarimar;
Şəxsi qərəzlə cümləni heyranın eylərəm,Məndən əmin ol, aləmi qurbanın eylərəm!
Bir iş ki, xeyrim olmasa, əncamə vermərəm,Min çılpaq olsa da, birinə camə vermərəm,Öz şə’nü cahımı bütün islamə vermərəm,Dərdi-vətənlə mən səni talanə vermərəm,
Əhli-diyarı zülm ilə giryanın eylərəm,Məndən əmin ol, aləmi qurbanın eylərəm!
Çünki müəzzəz olmağa çoxdur təfəkkürüm,Əmsalın ehtiramına artır təhəssürüm,"Mən", "mən!" deməklə cümlə bilir var təkəbbürüm,Olsa nolur neçə büləhayə təşəkkürüm,
Onlarla vəsli-rişteyi-peymanın eylərəm,Məndən əmin ol, aləmi qurbanın eylərəm!
Bir gün gəlir, olar da bilərlər xəyanətim,Məndən tənəffür ilə qaçarlar cəmaətim,Onda yəqin qopar başıma öz qiyamətim,Artar qəmim, gedər fərəhim, izzü şövkətim,
Əhdi pozub əgərçi mən üsyanın eylərəm,Ey dad, haray! Nə növ’ ilə samanın eylərəm?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-nefsin-qerezi-eqlin-merezi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
О наследник милый мой,Красящий мой путь земной,
Xəsisin heyfi, varisin keyfiО деньги! Вы моя душа, так радо сердце вам!За вас отца и мать отдам и душу я отдам!
Səradan bir dəli şeytan deyər: insanlar, insanlar!Злой шайтан из преисподней восклицает:«Люди, люди! Знанья мир заполонили, много знать желают люди.
Amalımız, əfkarımız ifnayi-vətəndirНаше главное стремленье - загубить страну вконец,Клевета и озлобленье - вот услада для сердец,
Стихи других поэтов · Сатира
Fələyin bir belə cövrü olacaqmış nə bilim,Dirilib xəstə yatanlar duracaqmış nə bilim?
Yaxşı ki...Vəzifə başında oturmuşam mən,Yaman hərlənirsən ətrafımda sən.
Bizim arvadEvdən çölə çıxmazdı əzəldən bizim arvad,Şura gələli çıxmış əməldən, bizim arvad.
İndiAvropada zənn etmə, səyahətdəyəm indi,Dünya düşünür, mən nə siyasətdəyəm indi.