Növhə
Baxdı çün Əkbərinin nizədə Leyla üzünə,Gördü zülfü tökülüb, çün şəbi-yelda üzünə.
Gəldi şurə dedi: — Ey şəmi şəbistanım oğul,Yetmədin kami-muradə məhi-tabanım oğul,Həşıətək dildə qalıb çıxmadı bu canım, oğul.Gəlməyəydi anan, ey kaş, bu dünya üzünə.
Ey səba! Bircə əs, ol zülfü-pərişam dağıt,Xanimani-dili-viraneyi-Leylanı dağıt,Dili-viraneyi-Leyla kimi dünyanı dağıt,Qoyma düşsün dəxi ol zülfü-səmənsa üzünə.
Çün kənar etdi səba zülfi-şikən pürşikəni,Görünüb Haşimi xalilə xətu vəlhəsəni,Məhv olub cümləsi tökdükcə dəfi-dairəni,Bir baxıb Əkbərə, bir baxdıla Leyla üzünə.
Qaşların tağı oğul sureyi-Yasin oxur,Baxsa hər kim üzünə, ayeyi-Təhsin oxur,Əhli-Qurandı bular, cümləsi Ta Sin oxur,Necə çəkdilər qılınc məzhəri-Ta Ha üzünə?
Dedilər: — Kimdi bu övrət bizi nalan eləyən?Yoxsa Leyladu bu Məcnun kimi əfqan eləyən?Səni, ey tazə cavan, qanına qəltan eləyənNecə məhşərdə baxan Həzrəti-Zəhra üzünə?
Etdilər çahi-zənəxdanına həsrətlə nəzər,Zər xirid olmaq üçün bir-birinə verdi xəbər,Tökdülər Şam Züleyxaları çün əşki-bəsər,Baxdılar həsrət ilə Yusifi-Bədha üzünə.
Arizin səfheyi-İncili — Xudavəndi-vədud,Nizə başənda başın həm oxur sureyi-Hud,Deyəsən, nizə ayağında durub qövmi-YəhudDarın üstündə baxırlar hamı İsa üzünə.
Məzhəri-hüsni-Peyəmbər rüxi-xalındı sənin,Ayeyi-Şəmsü-Züha mehri-cəmalındı sənin,Sureyi-Nunü-qələm Həşmi-xalındı sənin,Kakilin pərdə çəkib Leylətül-Əsra üzünə.
Başdakı şuri-şəhadətdi sənin tacın, oğul,Arizin Kəbə, hərəmlər hamı hüccacın, oğul,Rəfrəfin nizə, mübarəkdi bu Meracın, oğul,Qaşların qiblədi Qövseyni-ov-ədna üzünə.
Gəh üzün ayineyi-Müshəfü-Tövratü-Zəbur,Atəşi-Turi təcəlladır cəmalında zühur,Misridir Şam bu qibtələrə, ya vadiyi-tur?Ali-Firon gəlib baxmağa Musa üzünə.
Sabira, hər il əza saxla Əliəkbərə sən,Kərbəlada gedib ağla o şəhi-davərə sən,Gəl qiyamətdə bu cəm ilə səfi-məhşərə sənQalma həsrət iki dünyadə bu mövla üzünə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-novhe
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şeyxül-islamlərin, müftiyi-islamlərinHankısı satmadı on müslümi bir tərsayə?
Gündə üç kağızı, beş kopyanı imza edərəkGündə üç kağızı, beş kopyanı imza edərək,Rayevski çəkiyormuş nə məratib zəhəmat?!
İştə bir hey’əti-təhririyyəİştə bir hey’əti-təhririyyəBulunur ən uca bir məşğələdə…
Qurulubdur yenə meydani-həyahayi-süxənQurulubdur yenə meydani-həyahayi-süxən,Yazılır şe’r, açılır pərdeyi-mə’nayi-süxən;