Rəhgüzari-məxluqatda bir möhtaci-məsarif
Ey dərbədər gəzib ürəyi qan olan çocuq!Bir löqmə nan üçün gözü giryan olan çocuq!Əşkilə abrusu da rizan olan çocuq!Mətlubi nan, qazandığı hirman olan çocuq!
İnsan kimi bilinsə idi qədrü qiymətin,Açmış olurdu məktəbi-milli cəmaətin,Dərk etmək istəmir hələ bu feyzi millətin,Qalsın nihan vədieyi-fitri-məharətin;Ey ehtişami-milləti talan olan çocuq!Ey dərbədar gəzib ürəyi qan olan çocuq!
Ey gövhəri-fitadə-bəgil, qal nihan hənuz,Sərrafi-qədrdan deyil islamyan hənuz,Məşğul xurdü xabdır ərbabi-şan hənuz,Var ortalıqda söhbəti-dəvayi-nan henuz,Yox gövhəri-səadətə xahan olan çocuq!Ey dərbədər gəzib ürəyi qan olan çocuq!
Həqli deyil o kim sənə der. var qəbahətin;Məncə qəbahət isə olur hali millətin...Etsəydi tərbiyət səni əhli-vilayətin,Sailliyə qalırmıdı hərgiz də rəğbətin?!Başsız qalıb ayaqlara üftan olan çocuq!Ey dərbədər gəzib ürəyi qan olan çocuq!
Ey nəxleyi-vəten, əsəf olsun bu halınaKim, bəxşi-terbiyət edənin yox nihalına!Bilməm nələr gəlir şu qaranlıq xəyahna...Baxdıqca yalü balma yandım məlalına!Ey vadiyi-səfaləti puyan olan çocuq!Ey dərbədər gəzib ürəyi qan olan çocuq!
Olsun əsəf o millətə kim, bixəyaldır,Yaxud, xəyalı kəndine təksiri-maldır;Yavrum, quzum, yatanlar ayılmaz, məhaldır,Ancaq mənimki nalə, səninki sualdır...Ey mən kimi tənəffurə şayan olan çocuq!Ey dərbədər gəzib ürəyi qan olan çocuq!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rehguzari-mexluqatda-bir-mohtaci-mesarif
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!Üzün oldisə gər külfət yamnda qarə, isəbr eylə!
Sən piri-cəhandidəsən, ey Seyyidi-sərkarSən piri-cəhandidəsən, ey Seyyidi-sərkar,Məndən çək əlin, eylə gilən pir ilə rəftar!
Sərü hər muydə min aşiqi nalanın varДа, тысячи влюбленных есть и в самом деле у тебя!О, неужели столько душ в прекрасном теле у тебя?
Son misralarıArizi qəmlər əlindən ürəyim şişmiş idi,Zənn edirdim edəcəkdir ona çarə ciyərim,