Ey, qardaşlar!Sındırıb sınırlarıGöydən düşə biləydik.Dop-dolu ürəyimizləYenə görüşə biləydik.

Keçəydik zəmilərin sonsuz sarılığındanXilas olan kimi ilan ağzındanYüz illik ayrılığın sızlayan yarasından!

Keçəydik keçilməz sayılan izdən,Azaydıq yollarda sevincimizdənBaş alıb gedəydikbir çay boyunca

Çay qanlı qandaldı qolumdan axırÜmidsiz gözlərin bitməz yağışıÇaylara sığmayıb yolumdan axır.Tilsim ki qırılıb daha fərqi yox,Yol hansı obaya çatırsa çatsın.

Təki dost əlləri yüz il sinəməDolanmış məftili çəkib qopartsın.

Baxaydım bu yerin torpağı tanışBulaqların suyu, kəndlərin adı,Quşların nəğməsi,çöllərin otu,Tənha ağacların yarpağı tanış.

Burda dilimizin sıxıntısı yox,Ürəkli yaşayır dilimiz burda.Ölü duamız da yasaqlanmışdı,Arxayın uyuyur ölümüz burda!..

Qarsın yaylaqları əriş-arğacdıTarixin hanası toxunmadaymış.

Orda qandallanan türklük havasıBurda hər dodaqda oxunmadaymış.

Quran de, bayraq de, ay ulduz söylə,İnam yasağı yox, din yasağı yox.Mən belə qürbətdən qorxuram bir az,Vətəndə gördüyüm min yasağı yox!

Çiynimdən qanadlar cücərir deyən,Azadlıq – ucalmaq, dərgaha çatmaq!Qardaşlar, elə bir yerə gedək kiÇıxsın yadımızdan geri qayıtmaq!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов