Dağlardan dünyaya boylananminarəli köylərinləDörd dənizə şəkil çəkənmavi-açıq göylərinləmənə tanışsan, Türkiyə!

Bu ucundan o ucunaevimdə gəzir kimi gəzdim.Nə yarpağını qopardım,nə gülünü əzdim.

Doğma üzlər gördümmin ilin tanışı.Mavi gözlər gördümişığından gözüm qamaşır.

“Annə”, “baba” dedim yaşlılara,“yavrum” dedim bəbəklərə.Sevgi nəğməsi oxudum.Anadoludan əsən küləklərə.

Çocuqların əlimi öpübqoydu alnına –Bizdə yalnız sözdə qalıb!Bu başından o başınasözümün şöhrəti ucalıb.Sıxılmadım öz dilimdə danışdığıma,Qısılmadım özgə qapısı açdığıma.Ürəyim əlli il öncə vurulmuş“pan” damğalarına qapandı,Qanıma və dilimə tapındım.İnandım gördüyümə,Ruhun, sözün gücünə.Min illərin o üzündəqoca dədələrin köçünə.Qardaş sözünə sığmayandivanə həsrətə,Ağrıya, acıya, möhnətə.Mahnından tökülən göz yaşına,İnsanın ömrü boyuqardaşın evində dəqürbətlə savaşına.İnandım,Əkinçinə, biçinçinə,

Sadə kişilərin ürəyinə,Dostlarımın halal çörəyinə.Süfrəyə dönmüş bayraqlarına,Qılıncdan düzəlmiş oraqlarına,Savaşdan, vuruşdan üzgünlüyünə,Sözünün, andının düzgünlüyünə!

Bir məmləkət dolusuƏzan səsləri çökdü ruhuma,xırmanların sarı işığından keçdim.İki qitəni qucaqlayanyollarını oyatdım.İkinci bir vətən kəşf etdim səndə,Mən iki ürəklə yurda qayıtdım!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов