Ayır bizi
Yurdun sərvətini talayan alçaq!Onsuz da erməni talayır bizi.Niyə od vurursan ürəyimizəDərd öz ocağına qalayır bizi!
Bu nə vurhavurdu, bu nə qazancdı?Millətin didərgin, millətin acdı,Pul hansı hikməti üzünə açdı,Nadanlıq qurd olub dalayır bizi.
Gövdəm baltalanır, qolum dollanır,Dəllallar dilində adım hallanır,Xalqın çörəyinə itlər yallanır,Sonra dil çıxarıb yalayır bizi.
Rüşvət məzənnəni qovzama belə,Haramı fikrimə qazıma belə,Qardaşın qanına susama beləYa çıx qardaşlıqdan, al, ayır bizi.
Pozdun damarından axan bu qanı,Bilmədin zamanın haqu yolu hanı?Hərraca çıxartdın insanlığınıAllah da heyvana calayır bizi!
İyun, 1994
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-ayir-bizi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
ای در علم و خانهٔ دستورچشم بد باد از آستان تو دور
Qarabağ boy-boy!Nə qədər mümkün olursa, Vətəni soy-soy-soy,Qarabağ boy-boy-boy.
Azərbaycan qızıyamÜrəyi vətən dağlı,Günü qaralı, ağlı
Candan keçmişux!Dilbəra! Mümkün deyil gülşəndə gül bixar ola,Bülbül aşiqdir, gərək eşq əhlinə azar ola!