Köçmərəm
Mən bu yurdun boz sərçəsi olmuşam,Lap cənnətdən vədə gələ, köçmərəm!Bəxtimizə ya dünyanın ağası.Ya ağılsız gədə gələ, köçmərəm!
Palçığıynan, çamırıynan yaşaram,Bir kündəlik xamırıynan yaşaram,Ağacdakı mamırıynan yaşaram,Ölüm mənə hədə gələ, köçmərəm!
Nə olsun ki, hər yer burdan abadan,Hamı qaçır savaş adlı vəbadan,Başımıza turp əkən bu BabadanSonra da bir dədə gəlsə, köçmərəm!
Biz beləyik... dərdimiz min, çəkən bir,Oğru saysız yeyən yüzdür, əkən bir...Bir başım var, bu mədəni çəkəmmir,Baş yerinə mədə gəlsə, köçmərəm!
Diri ruhum didərginlər yanında.İlham pərim çöllərdə, çit donunda,Bu çilçıraq şəhərlərin sonundaZülmətxana Bərdə gəlsə, köçmərəm!
Gedib gördük Nyu-Yorku, Parisi,Qucaq açdı qürbətin yüz pərisi,Çox da şair gözəlliyin hərisi,Yaşananlar bir də gəlsə, köçmərəm!
Bahar gülsün tikan tutmuş gülümlə,Bəxtəvərəm gözü yaşlı elimlə,Gecə-gündüz döyülsəm öz əlimlə,Gözlərimə pərdə gəlsə, köçmərəm!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-kocmerem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dehlidə tərcüməçi işləyən gənc, gözəl bir*azəri qızı oteldə bizdən gizli namaz qılırdı,*
Bakı qəbul eləmirÖmrümün sonu gələ qəzada, – istəmirəm,Bu ölüm yox, zülümdü, cəzadı, istəmirəm!
Zaman məndən keçirZaman məndən keçir, keçir durulur,Ürəyim əbədi sevgi süzgəci,
Ölümsüz zəhmətDünyanın ən kasıb bir evindənəm,Yoxsulluq, varlılıq sındırmaz məni.
Стихи других поэтов
"Şahpalut" necə xoşca yaraşır aş üstə,Odə çox xoş yazasan göndərrəm baş üstə
GəlinSarbanlarda bir gözələ tuş oldum,Bənzer bir alıcı şahbazə, gəlin.
Gəraylı: Ey saqi, dolana-dolanaEy saqi, dolana-dolana,Dolduruver müştaq olana,
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi