Görüşə bilirmiş əvvəl axırla,Uçmusan gümanlı sorağın üstə.Qayıdıb gəlmisən köhnə cığırlaBir külü sovrulmuş ocağın üstə.

“Tanıdın?”, “Tanıdım!” – tanımarammı?!“Sən məni qınama!” – qınamarammı?!Qaçan peşimandı, sona varanmı,Qanadı yananmı çırağın üstə?!

Bilirəm: həyətdə gözləyir maşın,Bilirəm: dövlətin başından aşır,Arılar çöllərdə gülə daraşır,Sən isə qonmusan yarpağın üstə!..

Günün xoş, qəlbin boş! – necə sınandın?Gəldin ki, içəsən, içə son andı,Qızıl boyunbağın – qızıl qanındı,Soyuq göz yaşındı qolbağın üstə.

Gülüşün turşumuş, sözlərin əzik!Bu halda sən kimsən, ay bəxti kəsik?Bilsəm ki, dünyada qalan tək bizik,Sənə yovuşmaram torpağın üstə!..

16.X.1980

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов