Yolun yarısından
Yolun yarısından qayıtdıq geri,Qayıtdıq günahın astanasından.Bu yolla adlayıb uzun illəriGetmək çətin imiş, qayıtmaq asan.
Ümidsiz gözündə tənə oxunar,Ayrı nə yalvarış, nə bir umacaq.Bizi bu görüşün məchulluğunaArzu axınıydı aparan ancaq.
Ehtiras tufanı yenə tələsən,Bəs onu qəfildən soyudan kimdi?Gördüm uçurumtək aranı kəsənMənə yol verməyən öz ürəyimdi.
Dedin: "Yarı yoldan dönmərəm qəti,Onsuz da bəd uğur gözləyir məni"
Yox, öndə yad eşqin şirin şərbəti,Daldasa öz evin gözləyir səni...
Sağlıqla, əzizim, olsam da harda,Daha sənin üçün şaxtayam, qaram.Bir günlük nəşəyə gedən yollardaKiminsə adını ayaqlamaram!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-yolun-yarisindan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Vüsali müjdəsidin əşkbar gözüm,Gər ağlamas nə əcəb edir nisar gözüm.
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
اگر نگار من از رخ نقاب بگشایدبه حسن خویش جهان سر به سر بیاراید
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,