Vəsiyyət
Məzarımı el yolunda qazdırarsınız,Doğmaların təmasından taparam aram.Baş ucumda çopur üzlü Holavar daşı¹Dayanarsa ayrı heç nə arzulamaram...
¹ Yardımlıda, köhnə yurd yerimizə gedən el yolunun üstündəki qayanın adı.
El yolunda...Gədiklərin aşırımında,O yolda ki, indi onu məftillər kəsir.Yaz gələndə o yollarla arandan dağaKöç çatılır, sürü qalxır, ilxı tələsir.
O yerdə ki, bir yaxası Xəzərə açıq,Bir tərəfi Savalandı – ilğım içində.O yerdə ki, Holavarlar oxuyardılar,Yaşı sirdi el üçün də, zaman üçün də...
İlan kimi qabağından çıxanda yollar,Viran qalmış obalardan dağılanda qəm,Sinəm üstən keçib gedən ellərimizinArzumdakı mahnısını dinləyəcəyəm..
23.III.1984
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-vesiyyet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir rəsmi məclisdə ana dilimizdə kəlmə kəsən olmadı. Təkcə təbrikə gələn uşaqlardan biri iki bənd şeir dedi...*Boynu qalstuklu körpə çiçəyim,
Yığıblar üzümüzüÇingiz Əlioğlu və Nüsrət Kəsəmənliyə*Qaymaq bağlayan kimi
Özünü öymürBulaq nəğmə deyir,sözünü öymür.
Yurdumun qismətiBütün sevinclərin bir üzü kədər,Bütün ağ günlərin bir üzü qara.
Стихи других поэтов · О родине
Vətəni böldülər pisə, yaxşıya,bezdik yabıların kişnəməsindən.
GörünürHəyat bir dövrandı, iki üzlüdü,Qarası görünür, ağı görünür.
Nəcmi-geysudarSən ey yüksək fəzalardan aşan səyyahi-zərrinpər!Uzaq, ey nəcmi-geysudar! Uzaq gəz, ərzə yaqlaşma!
VətənSən ey gözəl vətənim,Yurdum, yuvamsan mənim,