İnanıram möcüzənin olacağınaYerdən gələn, göydən gələn sirrin səsinə,Kiçiklərlə böyüklərin ara verməyənDavasında ədalətin qələbəsinə.

İnanıram min il əvvəl, milyon il əvvəl,Bir ot kimi, ağac kimi yaşadığıma.Əbədiyyət yollarında min yol doğulubÖz borcumu müxtəlif cür daşıdığıma.

Arabamı vaxt atları dartıb aparır,Qayğı yükü, fikir yükü çəkməkdi peşəm.Əsrlərin dumanından bir şüa kimi,Kəlmə kimi, duyğu kimi keçib gəlmişəm.

Dəyişdirir öz yerini materiklər də,Min il sürsə, zülmətlərin sonu səhərdi.Zirvələrin öz ucalıq taxtından salanÖz səbrində mürgüləyən zəlzələlərdir.

Korlaşacaq cəlladların iti qılıncı,Dara çəkən çəkiləcək axır ki, dara!İnanıram arılarına fil yıxdığınaÖz dalınca dağlar çəkən qarışqalara!

Gör həyatı necə duyub ulularımız,Dünya ki var – yaxşıyla pis döyüşəcəkdir.Siçan-pişik oyununda ancaq bilirəm,Geci-tezi rollarımız dəyişəcəkdir.

Çayların da geri axmaq ehtimalı var,Baş çəkəni bir də gördün yumruq da çəkdi.Səddə dönən “Araz” sözü, “aramız” sözüTarix üçün bircə anlıq köks ötürməkdi.

İnanıram möcüzənin olacağına,Milyon ili əzbər bilən yaddaşa belə.Yad dünyadan ünvanımı soraqlayaraqQonaq gələn mən görkəmdə adaşa belə.

Bir də gördün buzlaqların donu açıldı.Bir də gördün səhraları ekvator kəsir.İnanıram möcüzənin olacağına,Bu inam da ürəklərin möcüzəsidir!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов