Yaylaq yoluna
Gözlərimlə yoxuşları biçərdim,Diş töksə də çurçurundan içərdim.Yaylaq yolu, bir də səni keçərdim,O zirvədən bir ümidim doğsaydı...
Yaşasaydı o həsrətim, gözləməm,Gah açılan, gah buludda gizlənən,Uzaq illər arxasından səslənənBir də dönüb o sevinclə baxsaydı.
O axşamlar gözümüzdə əriyib,O istəklər könlümüzdə yeriyib,O yağışlar bir örtüyə bürüyüb,Gecə-gündüz başımızdan yağsaydı.
Gül səpsəydim o sızlayan izəcən,Dinləsəydim axırıncı sözəcən,Dağ çayında çirmələnib dizəcənYaylıq kimi məni yuyub sıxsaydı.
Nida, 22.IV.1984
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-yaylaq-yoluna
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Bu məkanda müşk-ənbər buyu var,Qara gözlüm gəzən yerdir bu yerlər,
Qəzəl: Mehri-hüsnündən təcəlli edəli ənvari-eşqMehri-hüsnündən təcəlli edəli ənvari-eşq,Zahir oldu gün kimi hər zərrədən asari-eşq
Yıxdılar aşiqlərin qəlbi kimi meyxanəniYıxdılar aşiqlərin qəlbi kimi meyxanəni,Bivəfalar əhdi tək sındırdılar peymanəni.
Səndən də xoşdurBəzəkli gəlindir yenə hər ağac,Dərələr, çəmənlər geymiş al-əlvan.