آب حیات شبنم آن روی چون گل استعنبر خمیر مایه آن زلف و کاکل است

Bu həyat çeşməsi o gül üzünün şəbnəmidir,Zülfünün ətri yayılmış, elə ənbər kimidir.

یک چشم پر خمار به از صد قدح شرابیک چهره شکفته به از صد چمن گل است

O xumargöz bizi meydən də bətər məst eləyər,Bir gözəl çöhrə də bir bağça çiçək aləmidir.

بر روی دست باد مرادست سیر منتا بادبان کشتی من از توکل است

Alnının xətlərini yaxşı bilir xətt oxuyan,Hər qırış ömrün itən illərinin bir şəmidir.

در دور خط تمام شود گیر و دار زلفبیچاره عاشقی که گرفتار کاکل است

Nöqtədirmi ağ üzündə düzülən qara xalın?Yox, o ki, ətir saçır, canımızın məlhəmidir.

در پیری از حیات اقامت طمع مدارسیل است عمر و قامت خم گشته چون پل است

Əlinə, çöhrənə hər dəm toxunan sübh yeliÜmidin yelkənidir, arzum isə bir gəmidir.

شاخی که بی ثمر نبود در چهار فصلدست ز کار رفته اهل توکل است

Saçının bir ucu birçəkdə gəlib halqalanar,Halqanın hər biri zülfündə bir aşiq qəmidir.

استادگی است صیقل آیینه آب راروشنگر جمال معانی تأمل است

Bu həyat çay tək axır, öylə ki, qəddin əyilər,Bu təzə ömrün üçün körpüyə dönmək dəmidir.

Макта — последний бейт с тахаллусом поэта. این خرده ای که کرده گره گل در آستینصائب سپند شعله آواز بلبل است

Макта — последний бейт с тахаллусом поэта. Saib, ol gül yaxasında görünən düymə deyil,Bülbülün şölə çəkən cəh-cəhidir, ya bəmidir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви