At
Qara yallı atım, qaç!Üstü xallı atım, qaç!Yorğala, uç quş kimiApar məni nənəmə.Qaçın, qaçın!Tez yol açın!Tram... trım...Uçur atım.
Uç nənəmin yanına,Bir qol salım boynuna.Alma versin o bizə,Dönək yenə evmizə.Qaçın, qaçın!Tez yol açın!Tram... trım...Uçur atım.Gözün bənzər ceyrana,Qulaqların dovşana.Qoçaq atım, yorğala,Arpa verəcəm sana.Qaçın, qaçın!
Tez yol açın!Tram... trım...Uçur atım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-at
Клавиши ← → для перехода, R — случайное стихотворение