Beşinci pərdə
Страница 2 из 3 · 33%
Kəndli. Yalan deyirsən, onu mən öldürməmişəm.
Yasavul. Yalan deyir, əlində tüfəng ilə tutdum.
Kəndli. Mənim tüfəngim var idi?
Yasavul. Bu tüfəng kimindir? Görənlər yalan deyir?
Kəndli. Əlbəttə, yalan deyirlər.
Xuduş. Yalan deyirlər, yalan deyirlər. Nəyi yalandır?! Kişini gündüzün günorta çağı vurub aşırmısan, sonra da deyirsən ki, yalan deyirlər. Sən vurmadın, mən vurmadım, bəs kim vurdu? (Yasavullara) Onu möhkəm saxlayın. Meyiti bəylər gələnə qədər burda saxlamaq lazımdır. (Cənazəyə yaxınlaşıb diqqətlə baxır) Bay, bu ki Kərimdir.
Rüstəm (kənara). Allaha çox şükür, müəllim deyilmiş.
Dursun (Rüstəmə, astadan). Bunlar hamısı müəllimin öz tədbirləridir.
Iyasavul. Bu necə oldu?
II yasavul. Bu nə sirrdir?
Xuduş. Şükür bəyə nə cavab verəcəyik?
Pərdə
İkinci şəkil
Səhnə. Səfi bəyin həyətə açılan qapısını və otaqlarını təsvir edir. Səfi bəyin oğlu
Fərrux saç-saqqalı uzanmış, paltarı dəyişmiş halda, əlində bir çamadan, qapıda
görünür. Qonşuları Heydər ona rast gəlir.
Heydər. Gecə yarısı bu adam kimdir? (Ona yaxınlaşıb) Kimi istəyirsən?
Fərrux (onu tanıyır). Qızxanım oğlu Heydəri.
Heydər. Sən mənə tanış gəlirsən. (Diqqətlə baxır)
Fərrux. Heydər, məni tanımırsan? Fərruxam. (Görüşüb öpüşürlər) Anamgil necədir?
Heydər. Hamısı sağ-salamatdır. Bu vaxta qalmazlar, yəqin yatmışlar. (Əli ilə onun qiyafəsini göstərərək) Bu nədir? Heç tanımadım. Nə qədər dəyişmisən... Hələ bir şələ saç-saqqala bax!
Fərrux. Gecə yarısı sən hardan gəlirsən, ay lotu?
Heydər. Bacımgilə getmişdim, ha durmaq istədim, yeznəm qoymadı. (Onu bir də başdan ayağa süzərək) Dur, Soltan xanımı özüm müjdələyəcəyəm. (Qapını vurmaq istəyir)
Fərrux (Heydəri tutub). Dayan, Heydər, mən bir oyun oynamaq istəyirəm. Onlar da məni tanımayacaq. Bu gecə evimizdə qonaq adına qalacağam, səhər tezdən gəl, müjdələ.
Heydər. Yaxşı fikirdir.
Fərrux. Sağ ol, hələlik evdə bir söz demə. Sabah görüşərik. (Heydərdən ayrılıb qapını döyür)
Soltanxanım. A gedə, qapını aç, ağa gəldi.
Dursun qapını açır, Fərruxu görüb geri çəkilir.
Fərrux. Bura Səfi bəyin evidir?
Dursun. Səfi bəyin evidir.
Fərrux. Get xanıma de ki, Polad bəyin oğludur, Sibirdən gəlib. Uzaq olduğuna görə kəndimizə gedə bilməyəcəm. Bu gecə sizin evdə qonaq qalmaq istəyirəm.
Dursun gedir. Soltan xanım ilə Ülkər onu qarşılayır.
Soltanxanım. Kim idi?
Dursun. Ay xanım, saç-saqqalını uzatmış bir kişidir. Deyir ki, Polad bəyin oğluyam. Kəndimiz uzaq olduğuna görə bu gecə bəyin evində qonaq olmaq istəyirəm. Əlində böyük bir çamadan var. Deyir Sibirdən gəlirəm.
Soltanxanım. Sibirdən gəlir?
Ülkər. Ana, qonağı qapıda saxlamaq ayıbdır.
Solt an xanım (Dursuna). Get, qonağı baş otağa apar. (Dursun gedir) Sibirdən gəlir, bəlkə bizim Fərruxu da görübdür. Onu ataanasına yetirən Allah, Fərruxu da bizə yetirsin. (Fərrux, əlində çamadan, Dursun ilə daxil olur)
Dursun. Bəy, bu otağa gəlin. (Qapını açıb Fərruxu baş otağa aparıb qayıdır)
Soltan xa nım. A gədə, soruş görək Səfi bəyin oğlu Fərruxu o tərəflərdə görmüşdü?
Ülkər. Bir az danışdır, gör nə var, nə yox. Bizə xəbər gətir.
Dursun Fərruxun otağına girir.
Soltan xanım qapı arasından qulaq asır.
Dursun. Bəy, xanım soruşur ki, Sibirdə Fərruxu görməyibmi?
Fərrux. Səfi bəyin oğlu Fərruxu?.. Görmüşəm, biz arabir görüşürdük.
Dursun. Bəs, Fərrux ağa gəlməyəcək?
Fərrux. Yoldaşlarını azad etdilər. O da bu günlərdə gəlib çıxar. Ancaq yollar çox qarışıqdır. Mən bir aya gəlib çıxmışam.
Soltanxanım. A gədə, soruş görək şəhərdə nə var?
Dursun. Xanım soruşur, şəhərdə nə var, nə yox?
Fərrux. Orda da ara qarışıb, məssəb itib. Deyəsən bu fəhlələr başımıza bir oyun açacaq. Doğrusu, çox yorğunam, yatmaq istəyirəm. (Dəsmala bağlı bir şey çıxarıb Dursuna verir) Bunu al, xanıma ver, saxlasın, səhər gedəndə alaram. Bu on manatı da sənə verirəm.
Dursun utana-utana alır, bağlı şeyi Soltan xanıma verib otaqdan çıxır.
Soltan xanım dəsmalın bir ucunu açır.
Soltanxanım. Qızıl puldur. Bu qədər pulu, görəsən, haradan alıb?
Ülkər. Ana, dustaqlar, görünür, orda alver edirlər.
Soltanxanım. Bəy oğludur. Ata-anası ona pul göndərməmiş olmaz. Bir də, görünür, yığımcıl oğlandır. Biz Fərruxa az pul göndərmirdik. Hələ atandan xəbərsiz ona neçə min göndərmişəm. Bilirəm,
Fərrux da pulları xərcləməz. Gələndə pul ilə gələr.
Ülkər. Bu kişi harada qaldı? Gecə yarıdan keçir.
Soltanxanım. Onun işindən şeytan da baş çıxarmaz. Hələ Şükür bəyi qonaq çağırıb. Onlar ki, yeməyə oturdu, səhər açılanda süfrə başından qalxacaqlar. Gecənin şirin yuxusunu da bizə haram edəcəklər.
Səfibəy (gəlir. Çamadanı görüb). Bu çamadan kimindir?
Soltanxanım. Qonağındır. Sibirdən gəlib. Deyir, Polad bəyin oğluyam.
Səfibəy. Polad bəyin? Uzaq kəndlərdən olacaq. Sənə kim izn verdi ki, tanımadığın adamı evə buraxdın?
Soltanxanım. Çox yorğun idi. Vaxt çox keçmişdi. Fərruxu yadıma saldım, yazığım gəldi.
Səfibəy. Yazığın gəldi... O tərəflərdən nə danışır?
Soltanxanım. Fərrux ilə görüşmüş. Deyir ki, bu günlərdə onu da buraxacaqlar. O tərəfləri, şəhəri çox qarışıq söyləyir. Yazıq yorğun idi. Gələn kimi yatdı. (Dəsmaldakı pulu göstərib) Bu bir dəsmal pulu da verdi ki, saxlayım. Səhər gedəndə verəcəyəm özünə. (Səfi bəy fikrə gedir) Yeməyinizi də hazırlatmışam. Sən allah, a kişi, məclisi çox uzatma. Mən gedib yatıram. (Gedir)
Şükürbəy (qapını döyür). Səfi, Səfi!
Səfi bəy qapını açır.
Səfibəy. Buyur, bəy.
Şükürbəy. Yasavulları kəndə buraxdım, arxayın ol!
Səfibəy. Xeyir ola?
Şükürbəy. İldırımdan özümüzü gözləməliyik.
Səfib əy. Yoxsa bir xəbər eşitmisən?
Şükürbəy (əlini onun çiyninə qoyaraq). Dostum, igidin igiddən bir ehtiyatı artıq olur, deyirlər. O, yatmır, bizə də yatmaq olmaz. Əmr verdim sabaha qədər yatmasınlar, ayıq olsunlar. (Qürurla əllərini oynadaraq) Qorxma, sən yeməyi hazırla. Bəydostu və Ülkər xanım da gəlsin ki, süfrəmiz bir az şənlənsin.
Səfibəy. Hər şey hazırdır. (Qışqırır) Dursun! Dursun!(Özü Dursunun və xanımların dalınca çıxır)
Şükürbəy. Ülkər, Ülkər... Onu birinci dəfə görəndə qarşımda elə bil ülkər parladı. Zalımın qızı ulduz kimi yanır. Qara şəvə gözləri ox kimi ürəyimə saplanır. Bu vəhşi maralı əlimə keçirə bilsəydim, heç dərdim olmazdı. Bu Səfini əlimdə möhkəm saxlamalıyam.
Dursun əlində bir məcməyi yemək gətirir. Masanı səliqəyə salıb gedir.
Səfibəy (əlində bir küpə şərab gəlir). Bəy, yanında xəcalətəm. Çox çalışdım, zalım qızları gəlmədi. Hələ Ülkər dəli keçi kimi sıçrayıb qaçdı.
Şükürbəy. Bu günlərdə bacım Xeyriyyə gələcək, onda heç qaça bilməz. Eybi yoxdur. (Şükür bəy qədəhləri doldurur)
Səfibəy. Sağ ol, bəy!
Şükürbəy. Sən də sağ ol! (İçirlər) Doğrusu, bəy, bu müəllim məsələsi məni çox qorxuya salıb. Görünür, onlar bizim müəllimi öldürmək istədiyimizi hardansa biliblər.
Səfibəy. Bu hələ məsələnin bir tərəfidir. Görünür, həriflər Kərimin bizim adam olduğunu da biliblər. Kərimə müəllimin paltarını geyindirib öz əlimizlə öldürtmələri bizi kənd içində lap biabır etdi.
Şükürbəy. Doğrudur, doğrudur, Xuduş deyir ki, kəndlilər deyirlər ki, Şükür bəylə Səfi bəyin kələkləri özlərinə tələ qurdu. Hələ bir başqası deyirmiş ki, bu gündən onların özləri üçün də vardır. Səfi bəy, sözün düzü, mən işləri yaxşı görmürəm. Bərk ayaqda bu yasavullar da kəndlilərə qoşulacaqlar.
Səfibəy. Get-gedə lap təklənirik. Tərəfimizdə olan kəndlilər də bizdən üz döndərir. Bu İldırım kəsmiş də ki, hər dəqiqə bizə qorxu törədə bilər.
Şükürbəy. Odur ki, gərək bir-birimizə arxa olaq. Bərk ayaq üçün isə pul, başa düşürsən, pul yığmaq lazımdır. Sərhəddi aşmaq üçün ətək dolusu pul gərək.
Səfibəy. Sən nə danışırsan, Şükür bəy, yoxsa bərk ayaqda qaçmağa da razısan? Səfi bəy ölər, bu yerlərdən bir addım qırağa ayaq basmaz. Ölənəcən, nəfəsim gələnəcən bu bit basmışlarla vuruşacağam. Səfi bəy lüt ildırımların qabağından qaçsın?
Şükürbəy. Səfi bəy, bu tək İldırım məsələsi deyil, görmürsən bütün Rüsyetdə aləm qarışıb bir-birinə. İt yiyəsini tanımır. Oralarda bir şey olsa, buradakılar dərimizə saman təpərlər...
Səfibəy. Yaxşı yadıma düşdü, bu gün Sibirdən bir qonaq gəlmişdir. O da deyir ki, Bakıda vəziyyət yaxşı deyil.
Şükürbəy. İnanma, bəlkə təmiz adam deyil.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-ildirim-besinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çeşməli yaşıl dağlar,Yazdır, gül, açıl, dağlar.
ŞikayətlərimYenə hər yanda hökm edir zülmət!Yenə söndü o nazənin ülkər!
Vətənə qayıdarkənEy bulanıq Kür, dərə, səhra, çəmən!Bu görünən sənmisən, ah, ey vətən?!
Hər şey köhnəDoğarmı bir yenilik bu hilalın altında?..Bu yer, bu göy, bu günəş köhnə, bu həyat köhnə!
Стихи других поэтов
Qürrətül-üyunum, ay Güllü xanımHünərin var, bu meydanə gəl indi
Müstəzad: Ey dil, gecələr sübhə dəkin yar eşiyindəEy dil, gecələr sübhə dəkin yar eşiyində — Əfqanə yetişdik,Rəhmi yox olan kafiri-bimar eşiyində — Sən cana yetişdik,
دیر پیوند بتی زود کسلروی بر تافته زین تافته دل
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,