Yeni ay doğarkən
Türk bikələri qiyafəsində alicənab bir qadın oğlu Yavuza yeni doğan Ayı göstərərək
Q a d ı n
Oğlum, Yavuz, o alaca bulutlardan az uzaq,Gül yanaqlı, ağ bənizli, yeni doğan Aya bak.Almas kiprikli gözlərin nasıl dikmiş üzünə,Nur saçaqlı saçlarını dağıtmış üz-gözünə.Adaqlı bir gəlin kibi süslü, sevimli, dilbər,Bak, nə kadar yakışmış da yanında yeddi ülkər.
Y a v u z
Annəciyim, bən Günəşi Aydan, yeddi ülkərdənÇox sevərim, lakin bilməm, şu ayə bən bakarkənNeçin əski diləklərim dalğalansın gözümdə?Neçin tatlı, uğurlu bir duyğu doğar özümdə?Neçin bu Ay ruhuma pək uyğun, munis görünür?İçim, tışım Günəş kibi neçin nura bürünür?Neçin bu Ay gözündə bir dilək qadar sevimli?O əski Ay bunca parlaq, şux baxışlı degildi,Söylə, o Ay, annəciyim, noldu, nerə uğradı?
Q a d ı n
Yavrum, onu mələklər həp yıldız-yıldız doğradı,Bak, o Ayın bölüyüdür parlaq, o yeddi ülkər,Hər birisi bir ay qadar, Günəş qadar nur səpər,O ülkərin hər birisi bir igidin yıldızı.
Y a v u z
Ya, bənimki hankisidir?
Q a d ı n
Pək parlaq, o qırmızı!Y a v u z
O ülkərlər, annəciyim, bak, nə qadar ufaqdır,İşıqları pək sönük, həm bir-birindən uzaqdır.Bən istərim yeddi ülkər qovuşsun bir-birinə,Üzərmizdə Günəş kibi doğsun ülkər yerinə.Şu Günəş həp doğsun da həqq eşqinə, heç sönməsin!Şən-şən yurtlar bir qaranlıq məzarlığa dönməsin!Bən istərim ki, şu Günəş yıldızları dinlətsin!Üfüqlərə çökən qara bulutları inlətsin!Bən istərim şu Günəşə bütün yer, göy tapınsın!Qurd-quzu həp bir otlasın, bir yatağa sığınsın!Şu Günəşdən vulkan kibi həyat coşsun, qaynasın!Dört yanımda həp yıldırım çaksın, şimşək oynasın!O Günəşdir iştə bənim taleyimin ülkəri!
Q a d ı n
Öylə isə, anlı oğlum, o ayı, yıldızları,Bir-birinə bitişdirib uğurlu bir Günəş yap!
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-yeni-ay-dogarken
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ol deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydıNə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı,Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı.
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,