Ülkər
Sorucu gözündə sevda uçarkən,Ey xoş kölgəsində səfalandığım.O qönçə dodağın bir sirr açarkən,Uçan nəğməsilə havalandığım.
Yolçu yol ararkən düşər izinə,Qurtular baş qoyan sıcaq dizinə,Mən çoxdan vurğunam o şux gözünə,Ey oynaq nurilə ziyalandığım.
Ruhumda çırpınan dəli üsyan var,Qəlbimdə qaynayan zəhərli qan var,Beynimdə bir çılğın səsli vulkan var.Yanaram, görünməz oda yandığım.
Sənədir ümidim, ey parlaq ülkər,Mən də bir yolçuyam itkin, dərbədər.Qurtuluş yolunu mənə də göstər,Mələkdən, fələkdən uca sandığım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-ulker
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
O gündən ki, insan oğluBu dünyaya ayaq basmış.
NüşabəBeş pərdə on iki şəkildə mənzum dramƏsər Nizami Gəncəvinin “İskəndərnamə” poeması əsasında yazılmışdır.*
Birinci pərdəBirinci şəkilSəhnə Bərdə sərhəddini təsvir edir. Otlu, çiçəkli, seyrək ağaclı geniş bir açıqlıq, or-*
İkinci pərdəBeşinci şəkilSəhnə Nüşabənin sarayının bağça tərəfində olan geniş eyvanı təsvir edir. Nüşabə,*